Kolektiv müqavilə. İstehsalatda kolektiv müqavilə fabrik, zavod, yerli həm-karlar təşkilatı tərəfindən fəhlə və qulluqçular kolektivi adından müəssisənin, təşki-latın müdriyyəti ilə bağlanır.
Kolektiv müqavilə bağlanmazdan əvvəl müqavilənin layihəsi fəhlə və qulluqçu-ların yığıncaqlarında müzakirə edilir və bəyənilir.
Kolektiv müqavilə həmkarlar ittifaqının üzvü olub-olmadıqlarından asılı olama-yaraq müəssisənin, təşkilatın bütün fəhlə və qulluqçularına aid edilir.
Kollektiv müqavilədə əmək və əmək haqqı məsələləri üzrə mövcud qanunveri-ciliyə uyğun olaraq məlum müəssisə, təşkilat üçün müəyyən edilən əsas müddəalar, habelə iş vaxtı, istirahət vaxtı, əmək haqqı və maddi həvəsləndirmə, əmək mühafizəsi sahəsində müdiriyyət fabrik, zavod, yerli həmkarlar təşkilatı tərəfindən onlara veril-miş hüquqlar hüdudunda işlənib hazırlanan və normativ xarakter daşıyan müddəalar olmalıdır.
Kollektiv müqavilə ilə istehsalat planlarının yerinə yetirilməsi, istehsalatın və əməyin təşkilinin təkmilləşdirilməsi, yeni texnikanın tətbiq edilməsi və əmək məhsul-darlığının yüksəldilməsi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və maya dəyərinin aşağı salınması, istehsalat və əmək intizamının möhkəmləndirilməsi, bilavasitə isteh-salat kadrlarının ixtisasının yüksəldilməsi və onların hazırlanması sahəsində müdiriy-yətin, fəhlə və qulluqçular kollektivinin razılığı olmalıdır.
Kollektiv müqavilədə fəhlə və qulluqçuların istehsalatın idarə olunmasına cəlb edilməsi, əməyin normalaşdırılmasının, əmək haqqı və maddi həvəsləndirmə forma-larının təkmilləşdirilməsi sahəsində, əməyin mühafizəsi, istehsalat qabaqcıllarına gü-zəştlərin və imtiyazların verilməsi, zəhmətkeşlərin mənzil şəraitinin və onlara mədəni məişət xidmətinin yaxşılaşdırılması, tərbiyə işinin və mədəni-kütləvi işin genişləndi-rilməsi sahəsində müdriyyətin, fabrik, zavod, yerli həmkarlar təşilatının öhdəliyi ol-malıdır.
Əmək müqaviləsi.Əmək müqaviləsi zəhmətkeşlə müəssisə, idarə təşkilat arasında elə bir sazişdir ki, bu sazişə əsasən zəhmətkeş daxili əmək intizamına tabe olmaqla müəyyən ixtisas, dərəcə və vəzifə üzrə iş görməyi öhdəsinə götürür, müəs-sisə, idarə, təşkilat isə zəhmətkeşə əmək haqqı verməyi və əmək qanunvericiliyində, kollektiv müqavilədə və tərəflərin sazişində nəzərdə tutulan əmək şəraitini təmin etməyi öhdəsinə götürür.
Zərərli əmək şəraiti olan işlərdə, habelə xüsusi temperatur şəraitində görülən və ya çirklənmə ilə əlaqədar olan işlərdə fəhlə və qulluqçulara müəyyən edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər fərdi mühafizə vasitələri verilməlidir.
Çirklənmə ilə əlaqədar işlərdə müəyyən olunmuş normalarla pulsuz sabun veri-lir. Zərərli maddələrin dəriyə təsir göstərə biləcəyi işlərdə müəyyən olunmuş norma-larla pulsuz yuyucu və zərərsizləşdirici vasitələr verilməlidir. Zərərli əmək şəraiti olan işlərdə fəhlə və qulluqçulara müəyyən olunmuş normalarla pulsuz süd və ya ona bərabər tutulan başqa qida məhsulları verilməlidir.
Yeyinti sənayesi, ictimai peşə və ticarət müəssisələrinin, su kəməri qurğularının, müalicə proflaktika və uşaq tərbiyə ocaqlarının, habelə bəzi digər müəssisələrin, ida-rələrin və tikintilərin işçiləri əhalinin sağlamlığını mühafizə məqsədilə (göstərilən) tib-bi müayinədən keçirilməlidir.