Birinci tip. Nasosun daxili korpusu seksiyalardan təşkil olunub, seksiyalar nasosda pillələrin sayı qədər götürülür. Seksiyalar yığcamdır və xaric korpusu mərkəzləşdirir. Bu konstruksiyalar hazırlanmasına görə sadədirlər.
İkinci tip. Daxili korpus həmçinin seksiyalardan təşkil olunub, birinci tipdən bütün seksiyaların bir ümumi düyündə birləşməsi ilə fərqlənir. Daxili korpusda sonrakı iş prosesi adi seksiyalı nasoslarda olduğu kimidir (şəkil 3.1).
Üçüncü tip. Daxili korpus iki yarımhorizontal kəsikli hissələn ibarət olub, xarici korpusu mərkəzləşdirir. Rotorlu daxili korpus xariclə asanlıqla əlaqə yaradır.
Dördüncü tip. Daxili korpus həmçinin iki yarımhorizontal kəsikdən ibarətdir. Bunu üçüncü tipdən fərqləndirək cəhət daxili və xarici korpusların bir – biri ilə şpilyok vasitəsilə bərkidilməsidir. Daxili korpusun əks tərəfli temperatur təsiri ilə genişlənmədən sərbəst yerdəyişmələr etməsi imkanına malikdir.
İsti neft məhsulu nəql edən nasosların üzərində qoyulmuş tələbatlar: nasosun işlədiyi və ondan əvvəlki vaxtlarda istismar dövrü mərkəzləşdirilməsi, neft məhsulunun nasosa daxil olması və çıxması; tıxacların və kürəkcikli təkərlərin etibarlı işləməsi; nasosun böyük temperatur dəyişmələrindən qorunmasıdır.
Neft məhsulunun nəqli zamanı nasosun enerjisinin müəyyən hissəsi istiliyə ayrılır. Məsələn, tələb olunan nasosun gücü 270 kVt və faydalı iş əmsalı η = 0,63 olarsa, onda bu gücün 100 kVt istilik enerjisi ayrılmasına sərf olunur. İsti neft məhsulu nəql edən nasoslar isə başlamamışdan əvvəl 8 saata yaxın müddət ərzində temperaturu 400 S-dək olan maye ilə qızdırılmalıdır. Bu nasosun normal iş rejimini təmin edir.
Magistral neft boru kəmərləri üçün nasoslar Neft və qaz sənayesinin yüksək templi inkişafı neft, neft məhsulları və qazın boru kəmərləri ilə tez nəql olunması zərurətinə gətirib çıxarmışdır. Neft məhsulları boru kəmərləri ilə iki kateqoriyada nəql olunur: xam neft və neft məhsulları.
1971 – 1975 – ci illərdə nəql olunan neft və neft məhsullarının həcminin 2 dəfədən çox artırılmasına və 27 min km uzunluğunda
Neft və neft məhsullarının boru kəməri ilə uzaq məsafələrə nəqlində nasoslar 6 ÷7 MN/m2=6 ÷7 MPa təzyiqdə normal işləyirlər. Təzyiqin miqdarı borunun möhkəmliyinə görə məhdudlaşır. Nasosların sərfi boru kəmərlərinin diametrlərindən asılıl olaraq 0,0278 ÷1,15m3/san (100 ÷ 4000 m3/saat) təşkil edir. Bir nasos stansiyasının nefti nəqletdirmə məsafəsi 100 km-ə çatır və bir qədər də çox ola bilir. Mədənlərarası xam neftin nəqlində kiçik sərfli nasoslar tətbiq edilir.
Magistral neft boru kəmərləri üçün iqtisadi baxımdan ən əlverişli qurğu aqreqatlardır ki, bunlar da iki yaxud üç nasosdan ibarət olub, eyni markalı olmaqla xəttə ardıcıl və əlavə (ehtiyatda olmaqla) qoşularaq işləyirlər. Neft və neft məhsulları nəql edən müasir nasosların texniki göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir.
Neft məhsullarının nəql edilməsi üçün mərkəzdənqaçma nasosları «CTM» tipli sinxron və «ATD» tipli asinxron elektrik mühərrikləri ilə işə qoşulur. Sinxron elektrik mühərrikləri yanğına görə təhlükəlidir. Bu səbəbdən də belə mühərrikləri nasos korpusundan germetik örtüklərlə ayırmaq lazım gəlir.
Neft və neft məhsullarının nəql olunması üçün nasoslara böyük miqdarda elektrik enerjisi tələb olunur ki, buna görə də aşağıdakıların olması zəruridir.
– neftin verilməsinin işçi diapozonunda konstruksiyanın maksimal faydalı iş əmsalını seçmək; – neftin özlülüyünün ilin müxtəlif vaxtlarında dəyişməsində nasosların effektiv nizamlanmasını təmin etmək, ilin soyuq vaxtlarında neftin kinematik özlülük əmsalı 0,5·10-4 m2/san – yə çatıqda və çox olduqda nefti boru