Mühazirə GİRİŞ Qısa tarixi arayış


Düzbucaqlı və silindrik dəmirbeton neft çənlərinin qabarit ölçüləri



Yüklə 134,26 Kb.
səhifə20/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Düzbucaqlı və silindrik dəmirbeton neft çənlərinin qabarit ölçüləri
Cədvəl 8.9.

Çənin həcmi, m3

Düzbucaqlı çən, mm

Silindrik çən, mm

uzunluğu

eni

hündürlüyü

diametri

hündürlüyü

50

6000

3000

3600

6000

1800

100

6000

6000

3600

6000

3600

250

12000

12000

3600

9000

3600

500

-

-

-

12000

4800

1000

12000

18000

4800

18000

4800

2000

18000

24000

4800

24000

4800

3000

24000

30000

4800

30000

4800

5000

-

-

-

42000

4800

6000

36000

36000

4800

30000

7800

10000

48000

48000

4800

42000

7800

20000

66000

66000

4800

54000

9000

30000

78000

84000

4800

66000

9000

40000

96000

90000

4800

78000

9000

Hazırda həcmi 50, 100, 250, 1000 və 2000 m3olan düzbucaqlı dəmirbeton çənləri tünd neft məhsullarını, qalanları isə suyu saxlamaq üçün istifadə olunur. Həcmi 1000, 3000, 5000, 10000, 20000, 30000 və 40000 m3 olan silindrik dəmirbeton çənləri neft saxlamaq üçün həcmi 1000, 3000, 50000, 10000 və 20000 m3 olan çənlər isə neft məhsullarını (mazutu) saxlamaq üçün istifadə olunur. Silindrik dəmirbeton neft çənləri konstruktiv xüsusiyyətlərinə görə iki qrupa ayrılır:


-govdəsi, monolit dibi va yığma örtüyü birlikdə əvvəlcədən gərginlikli çənlər,
- ancaq gövdəsi əvvəlcədən gərginlikli çənlər
Hər iki qrup dəmirbeton çənlər mololit dibdən, yığma silindrik gövdədən və yığma örtükdən ibarətdir. Hər iki qrup çənlər arasında konstruktiv fərqlər vardır. Çənin monolit dəmirbeton dibi əsasən qalınlığı 100 mm olan betondan, qalınlığı 50 mm olan quru qum qatından, bitümlu perqament qatlarından ibarət maye buraxmayan qatdan və monolit dəmirbeton örtükdən ibarətdir. Çənin dibinin kənarlarının gövdənin divarları ilə birləşən hissəsinin qalınlığı 600 mm-ə qədər artırılır.
Çənin örtüyü ayrı-ayrı tirlər üzərində qoyulmuş lövhələrdən ibarətdir. Onlar trapes formasında olub ölçüləri 3000 x 2120 x 5900 mm, qalınlıqları isə 120 mm-dir. Örtüyün ortasında diametri 6700 mm olan dairəvi lövhə 4 ədəd mərkəzi sütunlar üzərində oturdulur. Sonra isə onların üzərində armature yerləşdirilir. Və beton tökülür. Növbəti sütnlar üzərinə tirlər qoyulur, onların üzərinə isə lövhələrin bir tərəfi, digər tərəfi isə mərkəzi lövhənin üzərinə bərkidilir.
Tirlərin uzunluqları 6 m-dir. Tirlər sütunlara qaynaqla birləşdirilir. Örtüyün lövhələrinin üzəri bütöv sintetik polimer materialla xalça kimi örtülür ki, du da onun hermetikliyini temin edir. Dəmirbeton çənlərin gövdəsinin divarı (şəkil 8.28) əsasən həlqəvi armaturla 3 sıxılaraq əvvəlcədən gərginlik yaradılan armaturlu 2 beton özəkdən 1, armature 3 korroziyadan qorumaq üçün xarici beton örtükdən 4 və neft sızmasının qarşısını almaq üçün daxili mühafizə ekranından 5 ibarətdir.


Mühazirə 14. Boru kəmərlərinin yeraltı və atmosfer
korroziyalarından qorunması.

Boru kəmərlərinin layihələndirilməsi, çəkilməsi (tikintisi) zamanı, kəmərin qurğularının və boruların özüllərinin ətraf mühitin təsirindən qorunması məsələləri öz həllini tapmalıdır. Boru kəmərləri yeraltı və yerüstü (tökmədə) çəkilərkən erroziyaya qarşı mübarizə tədbirləri kimi yeraltı materiallardan istifadə olunur. Yeraltı boru kəmərləri ilə kəsişmə yerində subasmayan sahillərin bərkidilmə səviyyəsinin qaşı, 50 ildən bir baş verə biləcək daşqın səviyyəsindən və eləcə də sahilə çırpılan dalğaların təsirindən 0,5 m yuxarıda olmalıdır.


Su basan sahillərin yamaclarından başqa digər hissələrində 1-5 m uzunluğunda yamaclara birləşən sahələr bərkidilməlidir. Sahillərin bərkidilən zolaqlarının eni geoloji və hidrogeoloji şəraitdən asılı olaraq layihə əsasında tapılır. Boru kəmərlərinin trassası sürüşmə rayonlarından keçərsə, ətraf mühitin və kəmərin mühafizəsi üçün borular dayaq üstü (çalınma, qazma – çalınma svaylar və dirəklərlə) keçirilməlidir. Boru kəmərinin trassasına yaxınlıqdakı ərazilər erroziyaya uğramış və çatlarla əhatə olunmuş haldadırsa, həmin sahələr kəmərin çəkilişindən qabaq möhkəmləndirilir. Bununla da gələcəkdə ətraf mühitin qorunması üçün qabaqlayıcı tədbirlər görülmüş olur.
Boru kəmərlərinin konkret çəkilmə və istismarı şəraitindən asılı olaraq onların korroziyadan müdafiə örtükləri iki tipdə tətbiq olunur: gücləndirilmiş və normal. Müdafiə örütüyünün gücləndirilmiş tipi 1020 mm diametrli və istənilən diametrli döşənmə boru kəmərlərində aşağıdakı qaydada tətbiq edilə bilər:

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin