Mühazirə I. "Analeptik vasitələr"



Yüklə 0,98 Mb.
səhifə3/10
tarix20.10.2023
ölçüsü0,98 Mb.
#157965
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Ə.k. II Mühazirə 1

Bisiklik terpenoidlər
Kamfora.

1,7,7-trimetilbisiklo[2.2.1]heptan-2-on
Kamfora analeptiklərin əsas nümayəndələrindən biridir. Tibbi məqsədlərlə kamfora (kafur) ağacından alman təbii kamforanm sağa fırlanan (d), eləcə də preparatın ağ şam ağacı yağmdan alınan sintetik sola fırlanan (l) izomerindən və rasemat formasından istifadə olunur.
Kafur ağacı
Kamforanın bornilasetatdan sintezi:

Bornilasetat borneol kamfora
Kamforanın pinendən sintezi:

Pinen Kamfora
Orqanizmə parenteral yeridilmə zamanı tənəffüs və hərəki damar mərkəzini oyadır, ürək əzələsinə stimuləedici təsir göstərir. A.S.Saratikovun tədqiqatlarma görə, kamfora miokardda mübadilə proseslərini qüvvətləndirir və onun "simpatik sinir" təsirinə qarşı həssaslığını yüksəldir. Preparatın təsiri fonunda periferik qan damarları tonuslanır.
Orqanizmdən tənəffüs yolları vasitəsilə xaric olduğu üçün, müvafıq patologiyalar zamanı bəlğəmin azad olunmasmı yaxşılaşdırır. Kamforada trombositlərin aqreqasiyasım blokada etmək xüsusiyyəti vardır. Bu da, mikrosirkulyasiyanı yaxşılaşdıran dərman maddəsi kimi, preparatın perspektivdə istifadə imkanlarmı daha da genişləndirir.

Kamforanın metabolizmi:



Kamforanın oksidləşmə məhsulları qlükuron turşusu ilə birləşərək böyrəklər vasitəsilə xaric olunurlar. Kamforanın bir hissəsi dəyişilməmiş şəkildə ağ ciyərlərlə və ya ödlə xaric olunurlar.
Kamfora məhlulundan kəskin və xronik ürək çatışmazlığı halının kompleks müalicəsində, kollapslarda, pnevmoniya zamanı meydana çıxa biləcək tənəffüsün blokadası halında, yuxugətirici maddələr və narkotik təsirli preparatlarla zəhərlənmələr zamanı, eləcə də bəzi yoluxucu xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Bu məqsədlə kamforanın aşağıdakı preparatları tətbiq olunur: inyeksiya üçün kamforanm 20%-li yağlı (şaftalı və ya zeytun yağında) məhlulu, xaricə işlənmək üçün kamforanın 10%-li yağlı (günəbaxan yağında) məhlulu, kamfora məlhəmi, kamforalı spirt, kamfora və salisil turşusunun spirtli məhlulu, kamfosin linimenti, ''denta" diş damcısı.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin