Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan


Yeni və ən yeni dövrün qaynaqları



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01

Yeni və ən yeni dövrün qaynaqları. XIX əsr Azərbaycan tarixinin öyrənilməsində 
“Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə 
Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ 
xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə yusif Qarabağinin “Tarixi – Safi”, 
Mirmehdi Xəzaninin “Kitabi – tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ”, 
Məhəmməd Baharlının “Əhvalati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” 
əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir.
Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər 
yaratmışlar. A.A.Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim 
zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. 1866-1917-ci illərdə 
Tiflisdə çap olunan 12 cildlik “Qafqaz Arxeoqrafiya komissiyasının sənədləri” adlı topluda yer 
alan əhəmiyyətli materiallardan Azərbaycan tarixinin müxtəlif məsələlərinin tədqiqində istifadə 
olunur.
Azərbaycan tarixinin işıqlandırılması üçün o dövrün qəzet və jurnal materiallarının böyük 
əhəmiyyəti var. «Закавказскиe вести», «Каспий», «Кавказ», «Неделя», «Кавказское 
сельское хозяйство», “Kəşkül”, “Əkinçi”, “Açıq söz” və sair mətbu orqanlarda da Azərbaycan 
tarixinin yeni dövrünə dair qiymətli məlumatlar çap olunmuşdur.
Azərbaycan tarixinin ən yeni dövrü 1918-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. 
Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir. Azərbaycanın yeni tarixinə 
aid ən əhəmiyyətli sənədlər Azərbaycanda və qonşu ölkələrin – Türkiyənin, Rusiyanın, 
Gürcüstanın, İranın, Ermənistanın və sair ölkələrin arxivlərində saxlanılır. Azərbaycanın ən yeni 
tarixinin öyrənilməsində, həmçinin müxtəlif siyasi partiyaların arxivlərində saxlanılan 
sənədlərdən, statistik toplulardan, qəzet və jurnal materiallarından, epistolyar materiallardan və 
sair nəşr olunmuş mənbələrdən istifadə olunmuşdur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin