Mühazirə-i ə. Mirzəzadə Azərbaycan tarixi fənninin predmeti, mənbəşünaslığı və tarixşünaslığı Plan



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix30.05.2022
ölçüsü0,55 Mb.
#60044
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
mt-is muhazire-01



~ 1 ~ 
Mühazirə-I 
Ə. Mirzəzadə
Azərbaycan tarixi fənninin predmeti, 
mənbəşünaslığı və tarixşünaslığı 
Plan: 
 1. “
Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər sistemində yeri və 
öyrənilməsinin əhəmiyyəti.
2. Azərbaycan adının mənşəyi haqqında.
3. Azərbaycanın ərazisi, əhalisi və təbii və coğrafi şəraiti haqqında 
 4. Azərbaycan tarixinin qaynaqları.
 
Ədəbiyyat: 
 1. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). (Z.M.Bünyadov və 
Y.B.Yusifovun red. Ilə) I c., B., 1994.
2. Azərbaycan tarixi. Yeddi cilddə. I c., (Ən qədimdən – b.e.III əsrləri). B., 1998
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Seminar və təcrübə məşğələləri üçün müntəxəbat. 
S.S.Əliyarlı və Y.M.Mahmudovun red. Ilə. B., 1989, 2007.
4. Bakıxanov A.A. Gülüstani-İrəm. B., 2001.
5. Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. B., 1984.
6. Hüseynzadə Ə. XIX əsrin II yarısı Azərbaycan tarixşünaslığı. B., 1967.
7. Qəniyev H. Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk 
onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil” nəşriyyatı,
8. Azərbaycan tarixi. 7 cildlik. II cild. Bakı, 1998, III cild. Bakı, 1999 50. Azərbaycan 
tarixi. Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə. Bakı, 1994.
9. Azərbaycan tarixi. BDU-nun nəşri. Bakı, 1996.
10. Azərbaycan tarixi. B.,1961.
1. “Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər sistemində yeri 
və öyrənilməsinin əhəmiyyəti  
  
Tarix elminin məzmununu tarixi proses təşkil edir. Tarix elminin bünövrəsində faktların 
toplanması, sistemləşdirilməsi və ümumiləşdirilməsi durur. Azərbaycan tarixi dünya tarixinin 
ayrılmaz hissəsidir. “Azərbaycan tarixi” fənninin predmeti Azərbaycan tarixinə dair bilikləri 
ümumiləşdirərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, iqtisadiyyat və mədəniyyət 
məzmun xətləri üzrə qruplaşdırıb gənc nəslə çatdırmaqdan ibarətdir.
Azərbaycan tarixinin tədrisinin ən ümdə vəzifələri tələbə-gənclərə Vətənimizin tarixi 
keçmişi haqqında dərin biliklər vermək, onlara tariximizin mürəkkəb və ziddiyyətli dövrlərindən 
baş açmağı öyrətmək, onlarda tarixi təfəkkürü formalaşdırmaq, cəmiyyətdə baş verən hadisələri 
obyektiv qiymətləndirmək bacarığı aşılamaqdan ibarətdir.
Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, tələbə gənclərə 
Vətənimizin tarixinin ən qədim zamanlardan bu günədək keçdiyi tarixi yolu izləməyə imkan 
verir, tariximizdəki qaranlıq səhifələrin işıqlandırılmasında, onlarda dövlətçilik məfkurəsinin
keçmişə hörmət, gələcəyə inam hisslərinin formalaşmasında, gənclərdə vətənpərvərlik ruhunun 
tərbiyə edilməsində, onlarda analitik düşüncə qabiliyyətinin inkişafında böyük rol oynayır.
Bu gün Azərbaycanın iqtisadi-siyasi, mədəni təsir diapazonunun daha da genişləndiyi bir 
şəraitdə ölkəmizin tarixinin tədrisinin daha da təkmilləşdirilməsi və milli-mənəvi dəyərlərimizin 
gənc nəslə daha dərindən aşılanması tələb olunur.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr 
düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda 
canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Vətənin bütövlüyü uğrunda ölüm-
dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə 


~ 2 ~ 
böyük ehtiyacı var. Buna görə də “Azərbaycan tarixi” fənninin tədrisində əsas vəzifələrdən biri 
yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək, 
gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli 
inkişafına nail olmaq, onlarda vətənpərvərik və vətəndaşlıq hisslərinin daha da 
gücləndirilməsidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin