Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası


Dövrü sistemin ilk 18 elementinin elektron konfiqurasiyası



Yüklə 12,54 Mb.
səhifə26/36
tarix03.12.2023
ölçüsü12,54 Mb.
#172325
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
C fakepathC fakepathC fakepathC fakepathM hazireler

Dövrü sistemin ilk 18 elementinin elektron konfiqurasiyası


Simvol

Sıra nömrəsi

Elektron konfiqurasiyası

H

1

1s

He

2

1s2

Li

3

1s22s

Be

4

1s22s2

B

5

1s22s22p

C

6

1s22s22p2

Simvol

Sıra nömrəsi

Elektron konfiqurasiyası



N

7

1s22s22p3

O

8

1s22s22p4

F

9

1s22s22p5

Ne

10

1s22s22p6

Na

11

1s22s22p63s

Mg

12

1s22s22p63s2

Al

13

1s22s22p63s23p

Si

14

1s22s22p63s23p2

P

15

1s22s22p63s23p3

S

16

1s22s22p63s23p4

Cl

17

1s22s22p63s23p5

Ar

18

1s22s22p63s23p6



Mühazirə XI
Rentgen spektrləri. Mozli qanunu. Molekullar: kimyəvi rabitə, enerji səviyyələri. Molekulyar spektrlər. Spontan və məcburi şüalanma. Lazerlər.
Rentgen spektrlərı
Atomun quruluşunun , xüsusən də elektronların təbəqələrdə paylanmasının öyrənilməsində, 1895-ci ildə alman fiziki V. Rentgenin kəşf etdiyi şüalanma, sonralar alimin şərəfin adlanan rentgen şüalanması böyük rol oynadı. Ən geniş istifadə olunan rentgen şüalanma mənbəi olan rentgen borusunda elektrik sahəsində güclü sürətləndirilən elektronlarla, anod bombardıman edilir. Elektronların tormozlanması zamanı rentgen şüaları yaranır.
Rentgen şüalanmasının spektral tərkibi üst-üstə düşən kəsilməz spektrların sərhədində qısa dalğa uzunluqlu λmin ilə ayrılan xətti spektrdan ( kəsilməz spektrin fonunda ayrı-ayrı xəttlər çoxluğu) ibarətdir.
Kəsilməz spektr elektronların tormozlanması nətəcəsində yaranır və anodun materialından asılı deyildir. Ona görə də onu tormoz şüalanması adlandırırlar.Tormoz şüalanmasının kvantının maksimum enerjisi, tormozlanan elektronun kinetik enerjisinin hamısının rentgen fotonunun enerjisinə çevrilməsi halına uyğun gəlir.




U – elektrona enerjisi verən potensiallar fərqi,
- kəsilməz spektrin sərhədinə uyğun gələn tezlik

Rentgen şüalanmasının kəsilməz spektrinin sərhədini ölçməklə, h Plank sabitinin təcrübi qiymətini müəyyən etmək olar.


Elektronların enerjisinin kifayət qədər böyük qiymətlərində, kəsilməz spektrin fonunda ayrı-ayrı kəskin xəttlər də yaranır. Yaranan bu xətti spektrlar yalnız anodun materialından asılı olduğundan, bu şüalanma xarakteristik şüalanma adlanır.
Xarakteristik şüalanma spektrları çox sadəliyinə görə fərqlənirlər. Onlar bir neçə K, L, M, N O seriyalardan ibarətdirlər ( bu da n=1,2,3,4,..baş kvant ədədinə uyğun səviyyələrin həyəcanlaşmasına uyğundur). Hər bir seriya, öz növbəsində, o qədər də çox olmayan dalğa uzunluğunun azalması ardıcıllığı ilə sıralanan indeksli ayrı-ayrı xəttlərdən ibarətdir α ,β ,γ,….. (Кα , Кβ, Кγ ,... Lα, Lβ, Lγ,….. ) .
Müxtəlif elementlərin spektrları oxşar xarakterlidir.
Atom nömrəsi Z artdıqca, bütün rentgen spektri öz quruluşunu dəyişmədən,qısa dalğalar oblastına tərəf sürüşəcəklər. Bu onunla izah olunur ki, rentgen spektrları atomun daxili hissəsindəki səviyyələrdə keçid i zamanı yarandığı üçün oxşar quruluşa malikdirlər.


Rentgen spektrlarının yaranma sxemi


Atomun həyəcanlanması daxili elektronlardan birinin qopması nəticəsində baş verir. Əgər xarici sürətli elektronun və ya rentgen fotonunun təsiri ilə K təbəqəsindəki iki elektrondan biri qopmuş olarsa, onda boşalmış yer yuxarı təbəqələrdəki (L,M,N və s.) elektronun biri ilə tutulacaqdır. Bu halda K seriyası yaranacaqdır. Başqa seriyalar da eyni qayda ilə yaranacaqlar. K seriyası mütləq digər seriyalarla birlikdə yaranır, çünki bu şüalanmadan sonra L,M,N və s.səviyyələr boşalacaq, onlar isə öz növbəsində yuxarı təbəqələrdəki elektronlarla dolacaq. Elementlərin rentgen spektrlarını tədqiq edən Q.Mozli müəyyən münasibət irəli sürmüşdür, sonralar bu Mozli qanunu adı ilə tanınmışdır.




burada R- Ridberq sabiti, m=1,2,3,.. rentgen seriyasını (L,M,N,...) müəyyən edir, n tam qiymətli ədədləri alır, m+1 –dən başlayaraq (hər bir seriyaya uyğun xəttlərini təyin edir) , σ - ekranlaşdırma sabiti adlanır – qopan elektronu, atom nüvəsindən başqa elektronlar tərəfindən ekranlaşdırmasını nəzərə alır.
Ekranlaşdırma sabitinin mahiyyəti müəyyən səviyyədən keçid edən elektrona nüvənin bütün Ze elektrik yükü deyil, yalnız digər elektronların ekranlaşdırıcı təsiri ilə zəifləmiş (Z- σ)e yükü təsir göstərir.
Məs., Kα – xətti üçün σ=1 olduğundan, Mozli qanunu aşağıdakı şəkildə yazılar:

Xarakteristik rentgen dalğasının uzunluğunu bilməklə, Mozli qanununa əsasən, şüalanan atom nüvəsinin elektrik yükünü müəyyən etmək olar. Xarakteristik rentgen şüalanmasını tədqiq etməklə, Mendeleyev cədvəlinin son elementlərini yerləşdirmək mümkün olmuşdur.



Yüklə 12,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin