Seçmə qaydası
Kvant mexanikasında atomlarda elektronların bir orbitdən digərinə keçidi zamanı
işıq şüalandırıb və ya udması ilə əlaqədar olaraq, qoyulmuş seçmə qaydasına görə;
elektronların bir haldan digər hala keçməsi o zaman mümkündür ki, əgər:
1) l orbital kvant ədədinin △𝑙 dəyişməsi üçün △𝑙 = ±1 şərti ödənsin,
2) m maqnit kvant ədədinin △m dəyişməsi üçün isə △m = 0,±1 şərti ödənsin.
Mühazirə X
İmpuls momentinin kvantlanması. Zeeman effekti. Pauli prinsipi. Atomda elektronların enerji səviyyələri üzrə paylanması. Mendeleyevin dövrü sistemi.
Zeeman effekti.
Zeeman effekti impuls momentinin kvantlanmasını təsdiq edən təcrübələrdən biridir. Zeeman effekti maqnit sahəsində atomun enerji səviyyələrinin və bununla əlaqədar spektral xətlərin bölünməsi hadisəsidir.
E lektron orbit üzrə hərəkət edən zaman onun malik olduğu maqnit momenti
Bu hərəkətə uyğun hərəkət miqdarı momenti
ifadəsi ilə təyin olunur. Bu iki münasibətdən
alınır.
Maqnit sahəsində elektronun maqnit momenti ilə maqnit sahəsinin qarşılıqlı təsirinin potensial enerjisi
U=
ifadəsi ilə təyin edilir.
Tutaq ki, maqnit sahəsi +z oxu boyunca yönəlmişdir. Onda
=m
=
B ( )
Maqnit sahəsi hər orbital halın enerjisini U qədər sürüşdürür. Qarşılıqlı təsirin U enerjisi maqnit kvant ədədinin m qiymətindən asılıdır. m isə maqnit momentinin maqnit sahəsinə nəzərən oriyentasiyası ilə müəyyən edilir. m -l dən +l -ə qədər dəyişərək 2l+1 qiymət aldığından maqnit sahəsində verilmiş l -ə malik səviyyə 2l+1 sayda enerji səviyyəsinə ayrılır. Maqnit sahəsi olmayanda isə onlar eyni bir enerjiyə malik olmuş olurlar, yəni enerji səviyyəsi cırlaşmış olur. 2l+1 cırlaşma dərəcəsidir.
Sonrakı tədqiqatlar göstərdi ki,bir sıra hallarda Zeeman effektində maqnit sahəsində alınan komponentlərin sayı cüt olur (anomal Zeeman effekti). Bəzi hallarda isə maqnit sahəsi olmadıqda da enerıi səviyyəsinin iki bir-birinə yaxın xətdən ibarət olduğu müşahidə olunur.
Bu hadisəni izah etmək üçün Hollandiyalı aspirantlar Qoldsmit və Ulenbek belə bir fərziyyə irəli sürdülər ki, elektronun orbital hərəkətindən başqa diğər hərəkəti də olmalıdır və o hərəkətə də müəyyən maqnit momenti uyğun gəlməlidir. Bu hərəkət spin adlandırıldı. Opbital impuls momenti kimi spin impuls momenti də kvantlanır. Bu kəmiyyətin hər hansı ox, məsələn Z-oxu üzrə proyeksiyası
ola bilər.
Spin impuls momentinin modulu
Bu hərəkətlə bağlı maqnit momenti
M aqnit sahəsində elektronun maqnit momenti ilə maqnit sahəsinin qarşılıqlı təsirinin potensial enerjisi
= 2 B
Dostları ilə paylaş: |