Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Mühazirə 14. Biometrik mühafizə vasitələri



Yüklə 2,49 Mb.
səhifə86/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Mühazirə 14. Biometrik mühafizə vasitələri.


Autentifikasiya vasitələrinin növləri. Biometrik sistemlər. Biometrik məlumatların emalı. Biometrik parametrlərin təsnifatı. Biometrik parametrlərin icmalı. Biometrik parametrlərin üstünlükləri və nöqsanları.
Gündəlik həyatda insanlar bir-birini səs, yeriş, üz quruluşu kimi xüsusiyyətlərə görə tanıyır və fərqləndirirlər. Kiçik və dəyişməz qruplarda hər kəs bir-birini tanısa da, mürəkkəb, dinamik, dəyişən və qloballaşan informasiya cəmiyyətində şəxsiyyətin dəqiq müəyyən edilməsi olduqca çətinləşir və xüsusi əhəmiyyət kəsb edir. İnternetin və kağızsız texnologiyaların inkişafı ilə əlaqədar istifadəçilərin həqiqiliyinin yoxlanmasını (autentifıkasiyasını) tələb edən tətbiqi proqramların sayı daim artır.
İnformasiya təhlükəsizliyi riskləri artdıqca şəxslərin təhlükəsiz autentifıkasiyası texnologiyalarına ehtiyac da kəskin artır. Çox zaman müəyyən resurslara müraciətin autentifıkasiyası məsələsi konfıdensiallığın təmin olunması məsələsindən daha vacib olur.
Şəxsiyyətin dəqiq müəyyən edilməsində milyardlarla ölçülən maddi vəsaitlərin qorunması, beynəlxalq terrorizmlə mübarizə, mütəşəkkil cinayətkarlığın qarşısının alınması, qeyri-qanuni miqrasiya probleminin ciddi ölçüdə azaldılması, ticarət proseslərin sürətləndirilməsi, fərdi məlumatların qorunması kimi problemlər öz həllini tapır.

Autentifikasiya vasitələrinin növləri
Şəxsiyyətin kimliyinin düzgün müəyyən edilməsi üsullarını hansı faktora əsaslanmalarından asılı olaraq üç böyük kateqoriyaya bölmək olar:

  • nəyə isə malik olmaya. əsaslanan üsullar: bunlara adətən şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, sürücü vəsiqəsi, tələbə bileti), həmçinin maqnit kartlar, smart-kartlar, Touch Memory və birdəfəlik parolların generasiyası üçün istifadə edilən fərdi generatorlar aid edilir.

  • gizli nəyisə biltnəyə əsaslanan üsullar, misal olaraq adi parolları, fərdi identifıkasiya nömrələrini (Personal Identification Number, PİN), həmçinin gizli və açıq açarları göstərmək olar.


  • Yüklə 2,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin