Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə89/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Biometrik məlumatların emalı
Bütün biometrik xüsusiyyətlər biometrik sistemdə aşağıdakı emal mərhələlərinə uyğun olaraq istifadə edilir.
Qəbul. Biometrik məlumatlar mikrofon, barmaq izi sensoru, fotokamera kimi vasitələrlə rəqəmsal olaraq qəbul edilir və yaddaşda saxlanılır.
İlkin emal. İlkin emal sonrakı əlamət çıxarışı mərhələsinə hazırlıq məqsədi daşıyır. Məsələn, səsin identifikasiyasında siqnalın bəzi hissələrinin çıxarılması, əl imzasında İmzanın koordinat sisteminin başlanğıc nöqtəsindən başlaması, barmaq izi üçün dönmənin normallaşdırılması və naziltmə prosesi ilkin emal mərhələsinə aiddir.
Əlamət çıxarışı. İlkin emaldan sonra fərqləndirici xüsusiyyətlərin müəyyən edilməsi nəzərdə tutulur. Əlamət çıxarışı alqoritmləri biometrik xüsusiyyətlər üçün fərqli olsa da, əsas məqsəd odur ki, obrazların tanınması prosesində istifadə üçün daxil olan obrazların əlamətlərinin təsvirini əldə etmək üçün məlumatın ölçüsü azaldılsın. Ümumiyyətlə, əlamət çıxarışı biristiqamətili funksiya hesab edilir və bu əlamətlərdən biometrik nümunənin ilkin qəbul edilmiş təsvirinin bərpa edilməsi mümkün deyildir. Barmaq izındəki minusiyaların yerlərinin müəyyənləşdirilməsi, əl imzası üçün bucağın və sürətin müəyyənləşdirilməsi əlamət çıxarışına aid işlərdəndir.
Biometrik şablonun hazırlanması. Bu mərhələdə istifadəçinin sistemə təqdim etdiyi bir və ya bir neçə biometrik xüsusiyyətin çıxarılmış əlamətləri əsasında biometrik şablon formalaşdırılır. Bu şablon sonrakı müqayisələr üçün saxlanılır.
Ümumi şablonun hazırlanması. Bəzi biometrik alqoritmlər üçün zəruri olan bu şablon sistemdəki bütün istifadəçilərin ümumi təsviridir.
Biometrik şablonun saxlanılması. Parametrləri müəyyən edilmiş biometrik şablonlar sonrakı biometrik əməliyyatlar üçün təhlükəsiz şəkildə saxlanılır
Şablonların müqayisəsi. Təqdim edilən biometrik nümunənin bazadakı biometrik şablonlarla müqayisəsi nəticəsində aşkarlanan oxşarlıq kəmiyyətlə ifadə edilir.
Keçid qiymətinin hesablanması. İstifadəçiyə aid olan və olmayan biometrik məlumatlar sistemdəki şablonlarla müqayisə edilərək minimum keçid qiyməti müəyyən edilir ki, bu keçid qiymətindən aşağı nəticə verən müqayisələrin nəticəsi qeyri-məqbul sayılsın. Bu keçid qiyməti istifadəçilərdən asılı olaraq və ya bütün sistem üçün vahid şəkildə seçmək mümkündür.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin