Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Biometrik mühafizə vasitələrinin müqayisəsi



Yüklə 2,49 Mb.
səhifə91/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Biometrik mühafizə vasitələrinin müqayisəsi.
Barmaq izlərinin identifikasiyası. Sifətin tanınması. Səsin tanınması. Gözün quzehli qişası. DNT üzrə identifikasiya. Elektron pasportlar.
Müxtәlif tәtbiqlәrdә bir sıra biometrik parametrlәr istifadә edilir. Hәr biometrik parametrin üstün vә zәif cәhәtlәri var vә seçim adәtәn tәtbiqdәn asılı olur. Aşağıda geniş mәlum olan biometrik parametrlәrin qısa xülasəsi verilir.
Barmaq izlәri. Barmaq izlәrinә görә identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın әl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.
Barmaq izini papilyar xәtlәr әmәlə gәtirir, onların quruluşu dәrinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilә şәrtlәnir. Bu xәtlәr mürәkkәb naxışlar әmәlә gәtirirlәr (qövs, ilgәk və spiral), onların aşağıdakı xassәlәri var:

  • fәrdilik və təkraredilməzlik;

  • zamana görә sabitlik (bәtndaxili inkişafdan meyidin çürümәsinәdәk);

  • bәrpa olunma (dәri qatının sәthi zәdәlәndikdә xәtlәrin quruluşu әvvәlki şәklindә bәrpa olunur).

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
Gözün qüzehli qişası. İnsan gözünün qüzehli qişası barmaq izləri kimi onun unikal biometrik xarakteristikasıdır. Qüzehli qişanın şəklini analiz edən sistemlər kifayət qədər etibarlı tanımanı təmin edirlər. Bu xarakteristika yetərincə stabildir, insanın bütün həyatı boyunca praktik olaraq dəyişmir, çirklənməyə və yaralara qarşı həssas deyil. Qeyd edək ki, sağ və sol gözün qüzehli qişasının şəkli əhəmiyyətli dərəcədə fərqlənir.
Gözün qüzehli qişası üçün skanerlərin üstünlüyü ondan ibarətdir ki, onlar istifadəçidən diqqətini bir hədəfə cəmləşdirməsini tələb etmirlər, qüzehli qişada ləkə nümunələri gözün səthində yerləşir. Faktiki olaraq gözün videotəsvirini hətta bir metrdən az məsafədə çəkmək olar, bunun sayəsində də qüzehli qişa skanerləri bankomatlar üçün yararlı olur.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin