Əlin həndəsəsi. Sifətin həndəsi parametrlərini qiymətləndirən sistemlərlə yanaşı əlin həndəsi parametrlərini də ölçən qurğular var. Bu zaman 90-dan artıq müxtəlif xarakteristika, o cümlədən, ovucun ölçüləri (üç ölçü), barmaqların uzunluğu və eni, oynaqların ümumi şəkli və s. ölçülür (şəkil 5).
Əlin siluetinә görә identifikasiya sistemlәri ilk biometrik qurğular kimi meydana çıxmışlar və onların seriya buraxılışına 1970-ci illərin əvvəlində başlanmışdı. Biometrik şablonun yığcamlığı baxımından bu növ sistemlәr әn qәnaәtcil sistemlərdir. Barmaqların yalnız eni və uzunluğu haqqında informasiya saxlanıldıqda cәmisi 9 bayt tәlәb edilir. Tәbii olaraq, yalnız barmaqların enini və uzunluğunu nәzәrә alan sistemlәr üçün həqiqi әlin karton mulyajını da asanlıqla hazırlamaq olar.
Əl venaları. Əldәki venaların yerlәşmәsinin analizi әsasında qurulmuş biometrik qurğular da var. Yumruq şәklindә sıxılmış әlin arxa hissәsindәki venaların şәkli istifadə edilir. Venaların şәkli infraqırmızı şüalarla işıqlandırılan televiziya kamerası ilә müşahidә edilir. Tәsvir daxil edildikdәn sonra venaları nәzәrә çarpdırmaq üçün tәsvirin binarlaşdırılması hәyata keçirilir.
Əl imzası. Əl imzası da fizioloji xarakteristikalar kimi insanın unikal atributlarındandır. Bundan başqa bu istənilən insan üçün daha adi identifikasiya metodudur, çünki barmaq izinin götürülməsindən fərqli olaraq kriminalistika ilə assosiasiya yaratmır. Adətən imza haqqında verilənlərin iki emal üsulunu fərqləndirirlər: nümunə ilə sadə müqayisə və dinamik verifikasiya. Birinci olduqca etibarsızdır, çünki daxil edilən imzanın verilənlər bazasında saxlanan qrafiki nümunə ilə adi müqayisəsinə əsaslanır. Əl imzası həmişə eyni ola bilmədiyi üçün bu metod böyük səhv faizi verir.Dinamik verifikasiya üsulu xeyli mürəkkəb hesablamalar tələb edir və imza prosesinin imzanın müxtəlif sahələrində əlin hərəkət sürəti, təzyiq qüvvəsi, imzanın müxtəlif mərhələlərinin müddətləri kimi parametrlərini real vaxtda qeydə almağa kömək edir. Bu ona zəmanət verir ki, imzanı hətta təcrübəli qrafoloq da saxtalaşdıra bilməz, çünki heç kim imza sahibinin əlinin davranışını dəqiq yamsılamaq iqtidarında deyil.
İstifadəçi standart digitayzer və qələmdən istifadə edərək öz adi imzasını təqlid edir, sistem isə hərəkətin parametrlərini oxuyur və onları əvvəlcədən verilənlər bazasına daxil edilmiş parametrlərlə müqayisə edir. İmza nümunəsi etalonla üst-üstə düşdükdə sistem imzalanan sənədə istifadəçinin adı, elektron-poçt ünvanı, vəzifəsi, cari zaman və tarix, imzanın parametrləri (hərəkət dinamikasının 10-dan çox xarakteristikası – istiqamət, sürət, təcil və s.) olan informasiyanı əlavə edir. Bu verilənlər şifrlənir, sonra onlar üçün nəzarət cəmi hesablanır, daha sonra bütün bunlar bir daha şifrlənir, beləliklə, biometrik şablon yaradılır. Sistemin sazlanması üçün yeni qeydə alınan istifadəçi 5-10 dəfə sənədin imzalanması prosedurunu yerinə yetirir, bu ortalanmış göstəricilər və etibarlıq intervalı almağa imkan verir. Bu texnologiyadan ilk dəfə PenOp şirkəti istifadə etmişdir.
Səs. Sәs – sifәt vә ya barmaq izlәri kimi hәr bir insanın ayrılmaz әlamәtidir. Rabitә vasitәlәrinin geniş yayılması (stasionar və mobil telefon şəbəkəlәri, IP-telefoniya vә s.) bu biometrik identifikatorun tәtbiqi üçün böyük imkanlar açır; bundan başqa sәs üzrә tanıma istifadәçilәr üçün çox rahatdır və onlardan minimal sәylәr tәlәb edir.
İnsanın nitqi ayrıca «sәs kadrlarına» bölünür, sonra onları rәqәmsal modelә çevirirlәr. Bu modellәri «sәs izlәri» (voiceprint) adlandırırlar (barmaq izlәri ilә analogiya). Yaradılan «səs izi» bazada qeydə alınır. Səs üzrə identifikasiya kodunun qurulması üçün olduqca çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin tezlik və statistik xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya zamanı әvvәl qeydә alınmış vә yeni yaradılmış «sәs izlәri» müqayisә edilir. Etibarlığı artırmaq vә tanımanı sürәtlәndirmәk üçün çox vaxt istifadәçidәn әvvәlcәdәn razılaşdırılmış suallara cavab vermәsi vә ya parolu tәlәffüz etmәsi xahiş edilir.
DNT. DezoksiriboNuklein Turşusunu (DNT) çox vaxt ideal biometrik parametr adlandırırlar, çünki DNT kodu rəqəmsal formada identifikasiya məlumatıdır (şəkil 9), insanın istənilən hüceyrəsində olur. Bu parametrin nöqsanı ondan ibarətdir ki, biryumurtalı əkizlər eyni DNT-yə malikdir. Bundan başqa, iki DNT nümunəsi əsasında şəxsin identifikasiyası praktik baxımdan çox ləng (bəzən günlər və ya həftələr çəkir), bahalı və mürəkkəb prosesdir. İndiyə qədər DNT-nin istifadəsi biometrik parametr kimi əsasən məhkəmə ekspertizası sahəsi ilə məhdudlaşır. DNT analizi qohumluğun müəyyən edilməsi (atanın identifikasiyası) və ya genetik tədqiqatlar üçün də istifadə edilir. Bu metodun tətbiqi üçün bir çox digər imkanlar da var.
DNT üzrə identifikasiya zamanı əsas problemlərdən biri konfidensiallıqdır, DNT-də kodlaşdırılmış informasiya başqa məqsədlər – sağlamlıq vəziyyəti, insanın xəstəliklərə meyli, irqi mənsubiyyəti və atalıq haqqında məlumatların əldə edilməsi üçün istifadə edilə bilər.