Telnet:// uzaq məsafədəki kompüterə terminal müraciəti təmin edir. TELNET (TELecommunication NETwork) şəbəkədə mətn interfeysinin həyata keçirilməsi üçün istifadə edilən şəbəkə protokoludur.
İnternet ticarət xidməti vasitəsi ilə online rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir. Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəsi ilə həyata keçir. Hər bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayiət olunur. Bir çox hallarda sifariş telefon, elektron poçtu, ICQ və s.-lə qəbul edilir.
Web-sənədlərə baxış proqramları Web-sənədlərə baxış proqramları brauzer (ing. browser) adlanır. Brauzer – xüsusi müştəri proqramı olub, Web qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub. İlk brauzer 1993-cü ildə yaradılmış Mozaic proqramı yaratdılar. 1994-cü ildə Netscape Communications şirkəti Netscape Navigator brauzerini yaratdı. 1995-ci ildə Microsoft İnternet Explorer meydana çıxdı. Hazırda İnternet Explorer dünyada ən çox istifadə edilən brauzerdir. Tanınmış brauzerlər içində Google Chrome, Mozilla, Opera, Maxton, Safari də vardır. Brauzer Web sənədlərin əsas formatı olan HTML (Hyper Text Markup Language) kodunun dinamik işləməsi və Web-səhifənin göstərilməsini təmin edir.
İnternetdə axtarış sistemləri İnternetdə məlumatların axtarışı üçün ən çox istifadə olunan sistemlər bunlardır : Altavista, Google, Yahoo, Yandex, Rambler, Bing, Baidu, Ask və s.
Axtarış sistemləri ilə daha səmərəli istifadə imkanı üçün aşağıdakı cədvələ baxaq :