Sosial şəbəkə xidmətləri
İnformasiya cəmiyyətinin hər gün daha da inkişaf etdiyini nəzərə alsaq, bugün həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyildir. Sosial şəbəkələr günümüzdə əsasən tanışlarımızla ünsiyyətdə olmaq, yeni tanışlıqlar əldə etmək, işgüzar şəxslərin paylaşımlarını izləmək, video , foto , musiqi və s kimi media məzmunlu məlumatları paylaşmaq, internet forumlar təşkil etmək, veb sayt və ya bloqlar yaratmaq və s. kimi işlər üçün əvəzolunmaz vasitədirlər. Son zamanlarda ən məşhur olan sosial şəbəkələrin siyahısı aşağıdakı cədvəldə təsvir olunmuşdur:
Facebook
|
Snapchat
|
Vimeo
|
Whatsapp
|
Vkontakte
|
Odnaklassniki
|
Twitter
|
LinkedIn
|
Blogger
|
Skype
|
Youtube
|
Pinterest
|
Google +
|
MySpace
|
Flipboard
|
Instagram
|
Classmates
|
Goodreads
|
Tumblr
|
Badoo
|
IMDB
|
Line
|
Flickr
|
Ask.fm
|
Mühazirə 5. Kompüter sistemlərində və şəbəkələrində informasiya təhlükəsizliyinin pozulması
Kompüter sistemlərində və şəbəkələrində informasiya resurslarına qarşı yönəlmiş təhlükələrin təsnifatı
Təhlükəsizliyin pozulması təhlükəsi (informasiya təhlükəsizliyinə təhdidlər) dedikdə ayrı-ayrı şəxslərin, təşkilatların, cəmiyyətin və ya dövlətin maraqlarına ziyan vurulmasına gətirib çıxaran, informasiyanın təsadüfən və ya düşünülmüş şəkildə (qəsdən) məhv edilməsi, icazəsiz açılması və dəyişdirilməsi təhlükəsini, eləcə də kompüterlərdə saxlanılan, emal olunan və şəbəkədə ötürülən, qorunması tələb olunan informasiyaya qeyri-qanuni və icazəsiz girişin əldə olunması imkanlarını yaradan mümkün potensial hadisələr. hərəkətlər və təsirlər başa düşülür.
KSŞ–də mümkün potensial təhlükələri əmələgəlmə təbiətinə görə iki kateqoriyaya ayırmaq olar (şək.3.l):
təbii təhlükələr;
suni təhlükələr.
Təbii təhlükələr insanlardan asılı olmadan baş verən obyektiv fiziki proseslərin və ya təbiət hadisələrinin KSŞ – yə, eləcə də onların elementlərinə təsiri nəticəsində yaranan təhlükələrdir. Təbii təhlükələri təbii fəlakətlər və təsadüfi proseslər kimi iki qrupa bölmək olar.
Təbii fəlakətlərə yanğın, subasma, zəlzələ, şimşək, torpaq sürüşməsi və s. aid edilir. Bu təhlükələrin qarşısını almaq üçün kompüter sistemləri və şəbəkələri eləcə də onların yerləşdiyi bina və ya otaqlar layihələndirilən zaman bəzi məqamlar nəzərə alınmalıdır.
Belə ki, yanğın, subasma, zəlzələ və digər təbii hadisələrin qarşısının alınması zamanı kompüter texnikasının, telekomunikasiya qurğularının və digər informasiya daşıyıcılarının, eləcə də onlarda saxlanılan və emal olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün binaların tikintisi zamanı müvafiq tədbirlər görülməlidir. Məsələn, yanğından mühafızə sistemi qurularkən nəzərə alınmalıdır ki, yanğının söndürülməsi prosesində istifadə olunan su və digər vasitələr kompüter texnikasına, qurğu və avadanlıqlara ciddi xəsarət vura bilər.
Təsadüfi proseslər informasiya təhlükəsizliyinin pozulmasının daha tez-tez rast gəlinən formalarıdır. Bu növ təhlükələrə nümunə kimi gərginliyin gözlənilmədən (təsadüfən) qalxması və düşməsi, elektrik cərəyanının kəsilməsi, maqnit sahəsinin təsiri, birləşdirici kabellərin, qurğuların və soyutma sisteminin sıradan çıxması və s. kimi hadisələri göstərmək olar.
Elektrik nasazlığı yarandıqda ağır nəticələrin qarşısını almaq üçün texniki vəsaitlər, qurğular və avadanlıqlar elektrik xəttinə sabitləşdirici qurğular (stabilizatorlar) və ya gərginlik filtrləri, eləcə də fasiləsiz qidalanma mənbələri vasitəsilə qoşulur.
Eyni zamanda nəzərə almmalıdır ki, avadanlıqlarda baş verən nasazlıqlar, kabellərin və kommunikasiya vasitələrinin sıradan çıxması ciddi informasiya itkisinə səbəb ola, maqnit sahəsinin maqnit informasiya daşıyıcılarına təsiri nəticəsində bu qurğularda saxlanılan informasiya təhlükəyə məruz qala və korlana bilər.
Soyutma sisteminin işinin dayanması avadanlıqların və kompüter texnikasmın texniki işləmə şərtlərinin təmin edilməməsinə, bu isə öz növbəsində onların düzgün fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.
Süni təhlükələr KSŞ–də insanların fəaliyyəti və təsiri nəticəsində meydana çıxan təhlükələrdir. Yaranma səbəblərini və hərəkətlərin əsaslarını nəzərə alaraq, süni təhlükələri iki yerə ayırırlar (şək.3.2):
|