Kriptoqrafiyanın məqsədləri «Kriptoqrafiya» sözü yunan dilində (kryptos) – “məxfi” və (grapho) _ “yazı” sözlərindən yaranmışdır. Bu terminin mənası kriptoqrafiyanın əsas təyinatını ifadə edir – vacib məlumatı mühafızə etmək və ya məxfi saxlamaq.
Məxfı məlumatların ötürülməsi zamanı informasiyanın mühafizəsi metodlarının və vasitələrinin tarixi inkişafı prosesində belə mühafizənin üç əsas üsulu təşəkkül tapmışdır.
İnformasiya mühafizəsinin birinci üsulu informasiyanın maddi daşıyıcısının (perqament, kağız, maqnit lenti, ötürmənin fiziki kanalları: naqil rabitə xətti, radiokanal, vibro–akustik kanal və s.) düşməndən fiziki mühafizəsidir. Eyni vaxtda məlumatların ələ keçirilməsini çətinləşdirən üsullar da meydana çıxmışdır. Burada başlıca rolu ələ keçirilməsi çətin olan rabitə kanalının seçilməsi oynayır. İnformasiyanın fiziki mühafızəsi zamanı vacib məsələ məxfi informasiyanın sızması faktının vaxtında aşkarlanmasıdır.
İnformasiya mühafizəsinin ikinci üsulu informasiyanın steqanoqrafik mühafizəsidir. Bu üsulda məxfı məlumatın ötürülməsi faktının özü gizlədilir. İnformasiyanın steqanoqrafik mühafizəsi metodlarının spektri olduqca genişdir. Burada fantaziya qeyri-məhduddur.
İnformasiya mühafızəsinin üçüncü üsulu – ən etibarlı və bizim günlərdə ən geniş yayılmış üsulu kriptoqrafiyadır. Sadalanan metodlardan fərqli olaraq kriptoqrafıya ötürülən məlumatları “gizlətmir”, onları düşmənin anlaması qeyri-mümkün olan şəklə çevirir. Bu halda ələ keçirilmiş məlumatda düşmən işarələrin xaotik yığınını görür, məlumatın mənası ona aydın olmur.
Qeyd etmək lazımdır ki, informasiyanın ən səmərəli mühafizəsi göstərilmiş bu üsulların kompleks şəkildə istifadəsi zamanı əldə edilir. Tarix belə kompleks mühafizənin çoxsaylı nümunələrini bilir.
Məlumatı gizlətməkdən başqa ötürülən informasiyanın mühafizəsinin başqa problemləri də mövcuddur. Məsələn, tamamilə açıq informasiya mübadiləsində alınan informasiyanın həqiqiliyi problemi ortaya çıxır. Onun həlli üçün aşağıdakıları təmin etmək zəruridir:
informasiya mübadiləsi iştirakçılarının özləri tərəfındən aldatma, saxtalaşdırma və s. digər pozuntuların aşkarlanması və qarşısının alınması.
Bu problemlərin həlli üçün informasiyanın ötürülməsi sistemini qurarkən tətbiq olunan adi vasitələr heç də həmişə yaramır. Məhz kriptoqrafiya saxtalaşdırmanın, əvvəllər edilmiş hərəkətlərdən imtinanın, digər qeyri-qanuni hərəkətlərin aşkarlanması üçün vasitələr verir. Belə demək olar ki, müasir kriptoqrafiya informasiya təhlükəsizliyinin konfidensiallıq, tamlıq, autentikasiya və tərəflərin müəlliflikdən imtinasının qeyri-mümkünlüyü kimi problemlərin həlli ilə bağlı biliklər sahəsidir. İnformasiya təhlükəsizliyinin bu məsələlərinin həll edilməsi kriptoqrafiyanın əsas məqsədlərini təşkil edir. Bu məqsədlər aşağıdakı kimi təyin olunur: