“Elektron Hökumət”in əhəmiyyəti:
_________________________________________________________________
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
“Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Elektron hökumətin qurulma mexanizmi.
“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökümətin fəaliyyəti çox açıq və aşkar olmalıdır. Əsas diqqət göstərilən xidmətlərin sürəti və keyfiyyətinə göstərilir.Bütün bunlar həm vətəndaşa yüksək xidmət həm də hökümətin idarəetməsini yüksədilməsinə xidmət edir.
Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndaş cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk novbədə ABŞ-da və Böyük Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təskilatları və ya dovlət strukturları ola bilərlər.
Elektron hökumət təkcə dövlətlə vətəndaşlar və ya biznes arası əlaqə ilə bitmir. O, həmçinin dövlət daxili əlaqələrlə də əhatə olunub: sistem daxili idarə olunmanın əhatə edir: icra, qanunvericilik, məhkəmə sistemdaxili informasiya mübadiləsini.
Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət orqanı ilə hökümət (hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes ilə hökümət (hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı abreviatura qəbul olunub: G2G (government to governmet); G2C (government to citizen); G2B (government to business) .
Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin idarə olunmasıdır və bu 3 formada təzahür olunur:
Elektron idarəedici orqan
Elektron parlament
Elektron məhkəmə
Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:
Elektron xidmətlər ( e-services). Göstərilən termin altında dövlətin elektron məlumat, proqram, strategiya və xidmətlər nəzərdə tutulur. Onlar həftədə 7 gün, sutkada 24 saat işləkdirlər. Bura həmçinin xidmətlərin elektron təqdimi, elektron administrasiya və “bir pəncərə” daxildir.
Elektron menecment (e-management). Buna daxili informasiya sistemini idarə edən, departamentlər arası elektron sənəd mübadiləsini həyata keçirən dövlət hakimiyyət sistemləri daxildir. Elektron idarəetmə köhnə idarəetmə üsulundan imtina etməklə vətəndaşlar üçün daha təkmil və bitərəf sistem yaradılmasını tələb edir.
Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə iştirak etməyə imkan verir ( Məsələn, elektron elektron səsvermə və s.)
Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu, mənzilinin kommunal xərclərini ödəyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala və tender müqavilələrini bağlaya bilər.
Dövlətin elektron sistemlə idarə olunması üçün şərtlər nəzərə alınmalıdır: “internetləşmənin” müəyyən səviyyəsi (30%-dən dövlət əhalisi və bütün idarəetmə orqanları), lazımlı informasiya-texnologiya vasitələri və formalarının yaradılması (elektron sənəd, elektron imza və s.), maliyyə təminatı, mövcud hökumətə uyğun kadr hazırlığı, cəmiyyətin inkişaf ənənəsi və forması, xarici təcrübələrin dövlətə tətbiq mexanizmi.
Dostları ilə paylaş: |