Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Elektron hökümət layihəsinin dünya təcrübəsi və Azərbaycana tətbiqi



Yüklə 2,49 Mb.
səhifə72/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

2. Elektron hökümət layihəsinin dünya təcrübəsi və Azərbaycana tətbiqi.
Hal-hazırda elektron hökumətin qurulması üzrə əsasən 3 inkişaf modelini göstərmək olar:
- Kontinental Avropa modeli (Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri);
- İngilis-Amerikan modeli (ABŞ, Kanada, Böyük Britaniya);
-Asiya modeli (Cənubi Koreya, Sinqapur).
1. Kontinental Avropa modeli
Kontinental Avropa modelinin elektron höküməti aşağıdakılarla xarakterizə olunur:
- Qanunların həyata keçirilməsini yüksəldən və effektivliyini artıran bölüşdürmə;
- Dövlətdə öz partnyorunu görməli olan vətəndaşa diqqət;
- Bütün Avropa informasiya sistemini idarəetməyə yönələn ciddi qanunvericilik;
- Dövlət xidmətlərinin təkmilləşdirilməsi.
Dünya ölkələri üzrə e-hökumətin inkişafına görə öndə gedənlərdən biri Hollandiyadır (www.government.nl). Əsas üstünlüyü elektron “bir pəncərə” sisteminin qurulmasında dövlət orqanlarının sıx əlaqəsidir. Burada vətəndaşlar və müəssisələr üçün e-ID uğurla tətbiq edilir. Mütəxəssislərin fikrincə şəbəkəyə genişzolaqlı çıxış Hollandiyaya uğurla elektron hökumətini inkişaf etdirməyə kömək edəcək.
Danimarkanın elektron hökuməti (www.borger.dk) eyni şəbəkədə dövlət, işəgötürənlər və ictimai birlikləri birləşdirən ölkə üzrə elektron əməliyyatların mərkəzidir. Elektron hesabatlarda hər il vətəndaşlar 150 milyon və müəssisələr isə 50 milyon avro qənaət edir. Hər Danimarkalının elektron hökumət portallarında bütün dövlət qurumları və şirkətlərdən gələn mesajları toplayan şəxsi e-mail qutusu var. Portalın xidmətləri arasında tələbə kreditləri, pensiyanın idarəedilməsi, gəlir və ailə vəziyyətinin qeydə alınması var.
Dünyada ilk elektron xidmətlər haqqında qanun qəbul edən ölkə Finlandiyadır (2001-ci il ). Qanunda hökumət orqanlarının elektron xidmətlərlə bağlı hüquq və vəzifələri, vətəndaşlara göstərilən xidmətlərin xüsusiyyətləri və onların qarşılıqlı əlaqəsi əks olnub. Finlandiyanın rəsmi veb səhifəsi (www.om.fi) çoxlu miqdarda ixtisaslaşdırılmış xidmətlər təklif edir: islehlakçılara xidmət üzrə agentlik, hüquqi sənədlərin təqdimatı (Ədliyyə Nazirliyi), boş iş vakansiyaları, təhsil müəssisələri, “Virtual Finlandiya” xidməti, Rabitə İnformasiya Nazirliyinin proyektləri və s.
İrlandiyanın elektron hökuməti ( www.gov.ie ) müəssisələrin inkişafı üçün şərait yaradır, belə ki, burada lazımı tender tapmaqdan savayı, ordan qeydiyyatdan keçmək və tenderin iştirakçısı olmaq üçün də ərizə vermək olar.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin