2. İngilis – Amerikan modeli. Dünyada hər zaman liderlər sırasında olması ilə fərqlənən ABŞ-ın elektron hökumətinin veb-portalı (www.usa.gov) aşağıdakı üsullarla federal idarəetmə keyfiyyətin artırır: informasiya xidmətinin təqdimatının asanlaşdırılması; vətəndaşlar, müəssisələr, hökumət və federal işçilər üçün informasiya axtarış xidmətinin asanlaşdırılması, hökümət orqanlarının vətəndaşların müraciət və işlərinin həllərinin tezləşdirilməsi və s. “Elektron hökumətin” inkişafı üçün siyasi və sosial hüquq, resurs təminatı, kənardan yüksək rütbəli məmurlardan köməklik, strateji planlaşdırma və əməkdaşlıq qurulmuşdur. Hazırlanmış strategiyaya uyğun olaraq əsas məsələ oxşar funksiyaları yerinə yetirən müxtəlif qurumlardakı xidmətlərin vətəndaşların rahatlığı üçün ixtisar edilməsidir. ABŞ-da əsas ideya vətəndaş və məmur asılılığını təmamilə aradan götürmək informasiya “ magistralı” yaratmaqdır. ABŞ elektron hökumətinin əsas şüarı da “Daha çox aşkarlıq, şəffaflıq və vətəndaş qarşısında cavabdehlik”dir. Veb-texnologiyaların istifadəyə verilməsi 1 il ərzində Vergilər Nazirliyinin təxminən 32 mln., Təhsil Nazirliyi isə 23 mln. dollar qənaət edir. ABŞ ümumi prinsiplərini analiz edəndə belə qarara gəlmək olar ki, hökumət dövlətin vətəndaşlarla rahat əlaqə qurmasına şərait yaradır, elektron iqtisadiyyatda lider olmağa qərarlıdır və elektron kommersiyanın inkişafına çalışır.
Kanadanın hökumət portalı (www.canada.gc.ca) “Kanadanın dövlət orqanı” adlanır. Bu sayt bütün Kanada vətəndaşlarına demək olar ki, bütün mərkəzləşmiş xidmət və proqramlara istənilən vaxtında və istənilən yerdə girişini təmin edir. İlk dəfə Kanada 1994-cü ildə dövlət strukturlarının informasiya açıqlılığına şərait yaratdı. Kanadalılar inkişaf modelini 3 hissəyə bölərək ümumi 5 ilə “E-Hökumət”i qurublar.
Böyük Britaniya elektron hökumət “Elektron vətəndaş, elektron biznes, elektron idarəetmə” süarı altında qurulub (www.gov.uk). Burada əsas strategiya vətəndaş və biznes tələbatlarının ödənilməsini təmin edən sistemin qurulmasıdır. Burada internet sistemin yenidən qurulmasına kömək edən əsas vasitələrdən biri kimi seçilmişdir. Müxtəlif internet resursları bir portalda birləşib. 4000 alternativ idarəetmə saytından islahat nəticəsində 1000-i bağlanmışdır. Elektron xidmətlərdən istifadəni artırmaq üçün vətəndaşlara 10 funt, müəssisələr isə 150 funt güzəşt əldə edirlər. Böyük Britaniya əsasən xidmətlərini internet üzərindən qurmaqla böyük miqdarda vəsaitə qənaət etmiş olur. Ölkənin portalında maraqlı elektron petisia xidməti mövcuddur. Bu xidmət vasitəsi vətəndaşlar hər hansı məsələ ilə bağı qanun üçün müəyyən miqdarda səs toplaya və hazırladıqları qanunları parlamentə baxılmaq üçün göndərə bilərlər.