4. Azərbaycanda IKT və internet Müasir dövrdə informasiya texnologiyaları hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrilib. Hazırda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, IKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir. Rəqabətədavamlı strateji resurs kimi artıq dünyada bilik istehsal edən müəssisələr geniş yayılıb, bilik istehsalının bir neçə konsepsiyaları, məktəbləri, təlimləri mövcuddur. İnformasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət etməsi reallıqdır. Ölkədə Elektron hökümətin qurulmasında İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı vacib amildir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacaq. Bütün bunların təbii-ekoloji və digər proseslərin monitorinqinin aparılması, təbii fəlakətlərə müdaxilənin effektivliyinin artması və bir sözlə Azərbaycanda elmi tutumlu texnologiyaların inkişafı üçün zəmin yaradacaq.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində qarşıda duran prioritet vəzifələr:
- İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi;
- İKT-nin inkişafı ilə biliyə əsaslanan iqtisadiyyatın qurulması;
- Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin genişləndirilməsi ;
- Elektron xidmətlərin inkişaf etdirilməsi;
- Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin fəaliyyətinin inkişaf etdirilməsi;
- Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi;
- Rəqabətqabiliyyətli və ixrac yönumlu İKT potensialının gücləndirilməsi .
İKT-nin inkişafı görə konsepsiya vəzifələrinin həyata keçirilməsi üçün aşağıdakılar təklif olunur:
İKT, informasiya və elm - texnoloji vasitələri istehsal edən müəssisələrinin inkişafı üçün vergi və gömrük dərəcələrində güzəştlər tətbiq etmək.
İKT bazarında müəssisələrin rəqabəti üçün eyni şəraitin yaradılması. Burada əsas problem bütün informasiya və telekomuknikasiya sahəsində antimonopoliya siyasətinin yaradılmasıdır.
İKT-yə aid qanunvericiliyin təkmilləşdirilməsi. İnformasiya texnologiyaların inkişafını təmin etmək üçün biz keçen əsrin 90-cı illərin informasiya qanunlarından imtina edərək yeni qanunvericilik bazası yaratmalı və daima təkmilləşdirməliyik.
İKT texnologiyalarının öyrənilməsi üçün məktəblərdə “1 şagird 1 komputer” layihəsini gerçəklişdirməklə universitetlərimizdə də elektron vasitələrlə tədris keçmə (komputer, elektron lövhə, proyektor və s.) yanaşı öyrədilmə və öyrənilmə səviyyəsində də təkmilləşdirmə aparmaq lazımdır.
Yüksək ranqlı informasiya vasitələrinin hazırlanması və təkmilləşdirilməsi üçün bu sahəyə aid mütəxəssislərin hazırlanması.