Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Kompüter steqanoqrafiyasımn geniş istifadə edilən üsulları və proqramları



Yüklə 2,49 Mb.
səhifə84/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Kompüter steqanoqrafiyasımn geniş istifadə edilən üsulları və proqramları
Müasir dövrdə kompüter steqanoqrafiyası üsulları iki əsas istiqamət üzrə inkişaf edir. 
1. Kompüterlərdə istifadə olunan formatların xüsusi xassələrinin istifadəsinə əsaslanan üsullar: 
1.1. Kompüter verilənlərinin formatlarının genişləndirilməsi üçün ehtiyat saxlanılan sahələrin istifadəsi üsulları. Nəzərə almaq lazımdır ki, genişləndirmə üçün nəzərdə tutulmuş sahələr əksər multimedia formatlarında vardır. Bu sahələr sıfır informasiya ilə doldurulur və adi proqramlar tərəfındən istifadə olunmurlar. 
Üstünlükləri: istifadə üçün sadədirlər.
Çatışmazlıqları: gizlilik səviyyəsi aşağıdır və ötürülən informasiyanın həcmi məhduddur. 

1.2. Mətn faylların xüsusi formatlaşdırılması üsulları. Bu üsullar da öz növbəsində bir neçə yerə bölünür. 


1.2.1. Sözlərin, cümlələrin, abzasların yerlərinin dəyişdirilməsi üsulları. Bu üsullar sətirlərin yerlərinin və cümlələrdə sözlərin düzülüşünün müəyyən olunmuş qaydada dəyişdirilməsinə əsaslamr. 
1.2.2. Hərflərin müəyyən mövqelərinin seçilməsi üsulu (sıfır şifr). Bu üsullar cümlələrdə, sətirlərdə və ya sözlərdə müəyyən mövqedə duran (məsələn, birinci) hərfləri istifadə etməklə məlumatın yazılmasına əsaslanır. Bu üsulların xüsusi halı kimi akrostix üsulunu (sətirlərin baş hərfləri məlumatı əmələ gətirir) göstərmək olar. 
1.2.3. Formatların ekranda əks olunmayan sahələrinin xüsusi xassələrinin istifadə olunması üsulları. Bu üsullar haşiyə, sitat və istinadların qoyulması üçün gizli (görünməyən) xüsusi sahələrin istifadə olunması (məsələn, qara fonda qara rəngdə yazının mətnə daxil edilməsi) prinsiplərini özündə ehtiva edir. 
Üstünlükləri: istifadə üçün sadədirlər və sərbəst (pulsuz) yayılan reallaşdırılmış proqram təminatı mövcuddur. 
Çatışmazlıqları: gizlilik səviyyəsi zəif, məhsuldarlıq aşağı və ötürülən informasiyanın həcmi məhduddur. 

1.3. Disk, disket, flash və digər yaddaş qurğularının istifadə olunmayan yerlərində məlumatların gizlədilməsi üsulları. Gizlədilən informasiya yaddaş qurğularının adi vəziyyətlərdə standart proqramlar tərəfindən istifadə olunmayan yerlərinə (məsələn, sıfırıncı cığıra, “korlanmış” sektorlara və s.) yazılır. 


Üstünlükləri: istifadə üçün sadədirlər və sərbəst (pulsuz) yayılan reallaşdırılmış proqram təminatı mövcuddur. 
Çatışmazlıqları: gizlilik səviyyəsi zəif, məhsuldarlıq aşağı və ötürülən informasiyanın həcmi məhduddur. 

1.4. İmitasiyaedici funksiyaların (mimic–function) istifadə edilməsi üsulları. Bu üsul mətnlərin generasiyası prinsipinə əsaslanmışdır və özündə akrostix üsulunun ümumiləşdirilməsini ehtiva edir. Gizli məlumat üçün başa düşülən ayrıca mətn generasiya olunur və məlumat onun içində gizlədilir. 


Üstünlükləri: istifadə üçün sadədirlər və sərbəst (pulsuz) yayılan reallaşdırılmış proqram təminatı mövcuddur. 
Çatışmazlıqları: nəticədə alınan mətn şəbəkənin monitorinqi sistemləri üçün şübhəli olmur. 

1.5.Faylı identifikasiya edən başlığın pozulması üsulları. Gizlədilən fayl şifrlənir, alınan nəticə faylından onu identifikasiya edən başlıq pozulur və yalnız şifrlənmiş məlumat saxlanılır. Alan tərəf belə faylın xassələrini bilir və həmin pozulmuş başlığa malik olur. 


Üstünlükləri: reallaşdırma sadədir və PGP şifrləmə alqoritmi vasitəsilə bu üsulu reallaşdırmağa imkan verən çoxlu sayda proqram vasitələri (məsələn, White Noise Storm, S-Tools) mövcuddur. 
Çatışmazlıqları: məlumatın gizlədilməsi problemi qismən həll edilir və faylın pozulan hissəsinin əvvəlcədən digər tərəfə göndərilməsi zərurəti yaranır. 

II. Rəqəmli fotoşəkildə, rəqəmli səsdə və rəqəmli videoda izafiliyin istifadə edilməsinə əsaslanan üsullar. Adətən, rəqəmli obyektlərdə istifadə olunan baytların kiçik bitləri (sağdan birinci bitlər) çox az faydalı informasiya daşıyırlar. Onların əlavə informasiya ilə doldurulması, praktiki olaraq, həmin rəqəmli obyektlərin qəbul edilməsinin keyfiyyətinə təsir etmir ki, bu da məxfi informasiyanın gizlədilməsinə imkan verir. 


Üstünlükləri: böyük həcmdə informasiyanı gizli göndərməyə imkan verir, müəlliflik hüququnun, əmtəə nişanının, qeydiyyat nömrələrinin və s. gizli təsvir edilməsi mümkündür. 
Çatışmazlıqları: əlavə informasiyanın daxil edilməsi hesabına rəqəmli axınların statistik xarakteristikaları təhrif olunur, etibardan sala biləcək əlamətlərin azaldılması üçün statistik xarakteristikaların korreksiyası tələb olunur, alan tərəfə informasiyanın bir hissəsinin əvvəlcədən göndərilməsi zəruridir. 

Aşağıda nümunə kimi bəzi məşhur steqanoqrafık proqramlar haqqında qısa məlumat verilir. 



  • Steganos for Win95 – Windows əməliyyat sistemi mühitində faylların şifrlənməsi və VOC, WAV, ASCII, HTML tipli faylların içində gizlədilməsi üçün güclü imkanlara malik proqram təminatıdır. istifadəni sadələşdirmək üçün proqram master-proqram şəklində reallaşdırılmışdır.

  • Contraband – Windows əməliyyat sistemi mühitində istənilən faylı 24 bitli BMP formatlı qrafık fayllarda gizlətməyə imkan verən proqram təminatıdır.

  • Jsteg – DOS əməliyyat sistemi mühitində məşhur JPG formatlı qrafık faylda informasiyanın gizlədilməsi üçün nəzərdə tutulmuş proqramdır;

  • FFEncode mətn fayllarında məlumatları gizlətməyə imkan verən DOS proqramıdır. Proqram müvafiq parametrlərlə əmrlər sətrindən yerinə yetirilir.

  • StegoDos –– şəkli seçməyə, onun tərkibində məlumatı gizlətməyə və onu başqa qrafik formatda saxlamağa imkan verən DOS mühiti üçün nəzərdə tutulmuş proqram paketidir.

  • Wnstorm – DOS mühitində məlumatı şifrləməyə və PSX formatlı qrafik faylın içərisində gizlətməyə imkan verən proqram paketidir. 

  • Hide4PGP v1.1 OS/2 əməliyyat sistemi mühitində informasiyanı BMP, WAV və VOC formatlı fayllarda gizlətməyə imkan verən proqramdır. İnformasiyanın gizlədilməsi üçün istənilən sayda ən kiçik bitlər istifadə oluna bilər. 

  • Texto məlumatı ingilis mətninə çevirən steqanoqrafik proqramdır. Konteyner olan mətn faylı çevirmədən sonra hər hansı mənaya malik olmur, lakin sadə yoxlamanı keçmək üçün normal mətnə kifayət qədər yaxın olur. 

  • Wnstorm Macintosh kompüterləri üçün nəzərdə tutulmuş DOS versiyasına analoji proqramdır. 

  • Stego xarici görünüşünü və ölçüsünü dəyişmədən PICT formatlı qrafık faylda məlumatların gizlədilməsinə imkan verən proqramdır.

  • Paranoid məlumatları IDEA və DES alqoritmləri ilə şifrləməyə və sonra alınmış faylı səs formatlı faylın içərisində gizlətməyə imkan verən proqramdır. 



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin