Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


hansısa ayrılmaz xüsusiyyətlərə əsaslanan üsullar



Yüklə 2,49 Mb.
səhifə87/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

hansısa ayrılmaz xüsusiyyətlərə əsaslanan üsullar: bu kateqoriyaya istifadəçinin biometrik xarakteristikalarının (barmaq izləri, sifət, səsin xarakteristikaları, əlin həndəsəsi, əl imzaları, gözün qüzehli qişası və s) yoxlanmasına əsaslanan üsullar daxildir.

Şəxsiyyətin müəyyən edilməsi (autentifıkasiya) üsullarının əsaslandığı faktorların müqayisəsi cədvəl 1.1-də ümumiləşdirilir.



Cədvəldən də görünür ki, autentifıkasiya vasitəsi kimi biometrik xarakteristikaların aşkar üstünlükləri var.
İlk iki üsulun çatışmayan cəhətləri ondan ibarətdir ki, insanların kredit kartı kimi malik olduğu maddi əşyaların itirilməsi və başqası tərəfindən asanlıqla istifadəsi hər zaman mümkündür. Parol, PIN-kod kimi yadda saxlanılan məlumatlar tez-tez unudulur, bir çox halda düzgün seçilmədiyi üçün etibarsız olur, bəzən də kifayət qədər etibarlı saxlanmadığı üçün qanunsuz istifadə edilir. Aparılan sorğular göstərir ki, insanların dörddə biri ATM kartlarının kodunu unutmamaq üçün kartın üzərinə yazırlar. Belə kart itirildikdə qanunsuz istifadəçi asanlıqla ondan istifadə edir. Asan yadda saxlamaq üçün seçilən parolların bir çoxu şəxslərin öz adları, soyadları, film qəhrəmanlarının adları, telefon nömrələri, doğum tarixləri kimi etibarsız parollardır. Seçilən parolun lüğətdən ixtiyari söz olması belə onun etibarını dəfələrlə azaldır. Düzgün seçilməmiş belə bir parolun şəxsə və ya təşkilata vura biləcəyi ziyanı izah etməyə ehtiyac yoxdur. Plastik kartların, mobil telefonların və internetin istifadəsi bəzən onlarla müxtəlif parolu yadda saxlamağı tələb edir ki, bu da başqa bir çətinlikdir.
Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə “şəxsiyyətin oğurlanması” (ID-theft) - şəxsiyyəti müəyyən edən müxtəlif identifıkatorların qeyri-qanuni ələ keçirilməsi çox geniş yayılmışdır və böyük maddi ziyan vuran ən ciddi təhdid hesab olunur.
Biometrik məlumatların autentifikasiya vasitəsi kimi şəksiz üstünlükləri var: xüsusi, mürəkkəb vasitələr olmadan biometrik məlumatların oğurlanması, saxtalaşdırılması və paylanması çox çətindir, onların itirilməsi və ya unudulması isə qeyri-mümkündür.
İlk iki üsul gündəlik həyatda geniş tətbiq olunur. Şəxsiyyətin düzgün müəyyən edilməsi üçün bu yanaşmalardan birgə istifadə edilməsi daha etibarlıdır. Biometrik məlumatların onlara əlavəsi isə xüsusi əhəmiyyət kəsb edir.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin