Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə88/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Biometrik sistemlər
Biometrik sistem şəxsin biometrik xüsusiyyətlərini qeydə alan, şəxsin təqdim etdiyi biometrik məlumatla qeydə alınmış əvvəlki məlumatı müqayisə edərək şəxsin tanınması haqqında mənfi və ya müsbət qərar verən sistemdir.
Daha ümumi yanaşmada biometrik sistem aşağıdakıları yerinə yetirə bilən avtomatik sistemdir:

  • insandan biometrik nümunə götürmək (məsələn, barmaq izi);

  • biometrik nümunədən biometrik verilənləri (məsələn, barmaq izindən xüsusi nöqtələri və onların parametrlərini) çıxarmaq,

  • biomertik verilənləri məlumat bazasında saxlanılan və onlarla eyni növdən olan bir və ya bir neçə verilənlə müqayisə etmək;

  • təqdim olunan biometrik verilənlərin məlumat bazasındakı hər hansı verilənlərlə nə dərəcədə üst-üstə düşdüyünü müəyyən etmək,təqdim olunan biometrik verilənlərə görə şəxsin identifıkasiya edilə bilməsi haqqında nəticə çıxarmaq və ya onun özünü qələmə verdiyi şəxs olmasını təsdiqləmək

Biometrik sistem obrazların tanınması sistemidir və sadə biometrik sistemin dörd vacib komponenti var (şəkil 1.1):
(1) Sensor modulu - fərdin biometrik verilənlərini qəbul edir Məsələn, barmaq izi sensoru istifadəçinin barmaq izlərini götürür.
(2) Əlamət çıxarma modulu - əlamətin qiymətlərini hesablamaq üçün qəbul edilmiş biometrik verilənlər emal edilir. Məsələn, barmaq izi sisteminin əlamət çıxarma modulunda barmaq izi təsvirindəki minusiya nöqtələrinin koordinatları və istiqamətləri əldə edilir.
(3) Müqayisə modulu - əlamət qiymətləri şablonda olan qiymətlərlə müqayisə edilir və müqayisə qiyməti hesablanır. Məsələn, bu modulda təqdim edilən barmaq izində və şablonda üst-ütə düşən minusiyaların sayı hesablanır və müqayisə qiyməti kimi qəbul edilir.
(4) Qərar qəbuletmə modulu - müqayisə modulunda hesablanmış müqayisə qiyməti əsasında istifadəçinin şəxsiyyəti müəyyən edilir və ya iddia edilən şəxsiyyət qəbul/rədd edilir.

Qeyd etmək lazımdır ki, bəzi müəlliflər biometrik sistemlərdə daha çox komponent ayırmağı təklif edirlər. Məsələn, C Veymana (J.Wayman) görə biometrik sistem beş altsistemdən ibarətdir:



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin