Qüvvətli və zəif elektrolitlər
Dissosiasiya dərəcəsindən asılı olaraq bütün elektrolitləri əsas iki qrupa
bölmək olar. Birinci qrupun elektrolitləri durulaşmış (0,01 n.) halda belə aşağı
dissosiasiya dərəcəsinə (0,01 – 0,02) malikdirlər. Belə elektrolitlər zəif hesab
olunurlar. Bunlara aşağıdakılar daxil edilirlər: H
2
CO
3
, H
3
BO
3
, HCN, CH
3
COOH,
CHCl
2
COOH, Fe(SCN)
3
, HgCl
2
, ZnCl
2
, CdCl
2
, CaSO
4
, MgSO
4
və s.
İkinci qrup elektrolitlər vahidə yaxın dissosiasiya dərəcəsinə malikdirlər.
Belə qüvvətli elektrolitlərə aşağıdakıları misal göstərmək olar: HNO
3
, H
2
SO
4
,
HCl, HBr, HJ, qələvi və qələvi torpaq metalların hidroksidləri və müvafiq duzları.
Qalan birləşmələr aralıq mövqe tuturlar.
Qeyd etmək lazımdır ki, zəif elektrolitlər duru halda Arrenius nəzəriyyəsinə
qismən tabe olurlar. Qüvvətli elektrolitlər isə hətta durulaşmış halda belə tabe
olmurlar.
Qüvvətli elektrolitlərin zəiflərdən fərqi ondadır ki, onlar məhlulda tam
ionlara parçalana bilirlər.
Məhluldakı ionların elektrostatik əlaqəsi ondan ibarət olur ki, hər bir ionun
ətrafında əks yüklü ionlardan ibarət atmosfer yaranır ki, həmin ionun öz atmosferi
ilə birlikdə daşıdığı yükün miqdarı ionun öz yükünə tamamilə bərabər olur.
MÜHAZİRƏ 9
Dostları ilə paylaş: |