Məhlulun xüsusi elektrik keçiriciliyi
Yuxarıda göstərilən səbəblərə görə elektrolit məhlullarda ionların hərəkət
sürətinə və ya elektrik cərəyanının keçməsinə tormozlayıcı effektlər müqavimət
göstərirlər.
Elektrolit məhlulundan cərəyan keçərkən hər birinin sahəsi 1 sm
2
olan və bir
– birindən 1 sm məsafədə yerləşdirilmiş iki elektrod arasında məhlulun yaratdığı
müqavimətə məhlulun xüsusi müqaviməti deyilir. Bunu
ilə işarə edirlər, ölçüsü
Om
sm – dir.
Xüsusi müqavimətin əksi xüsusi elektrik keçiriciliyi adlanır və Om
-1
sm
-1
ilə
ölçülür.
=
1
Məhlulun elektrik keçiriciliyi onun qatılığından asılıdır.
Aşağıdakı şəkil 3-də xüsusi elektrik keçiriciliyinin məhlulun qatılığından
asılılığı bir neçə birləşmə üçün göstərilmişdir.
Şəkil 3-dən göründüyü kimi aşağı qatılıqlarda məhlulun xüsusi elektrik
keçiriciliyi aşağı olur. Çünki bu zaman vahid həcmə düşən ionların sayı da aşağı
olur. Qatılığın artması ilə əlaqədar olaraq məhlulun vahid həcminə düşən ionların
sayı çoxalır. Ancaq şəkildən göründüyü kimi qüvvətli elektrolitlərdə müəyyən
həddən sonra xüsusi elektrik keçiriciliyi yenə azalır. Bu, onunla əlaqədardır ki,
yuxarı qatılıqlarda relaksasiya və elektroforetik effektlərin tormozlayıcı təsiri
güclənir və bu da elektrik keçiriciliyini aşağı salır. Zəif elektrolitlərdə isə
dissosiasiya zəif olduğundan xüsusi elektrik keçriciliyi ümumiyyətlə aşağı olur və
məhlulun qatılığından az asılıdır.
Məhlulun xüsusi elektrik keçiriciliyinə temperaturun müsbət təsiri vardır.
Temperatur artdıqca xüsusi elektrik keçiriciliyi də uyğun olaraq artır, çünki bu
zaman məhlulun özlülüyü azalır və sürtünmə əmsalı aşağı düşür.
Dostları ilə paylaş: |