Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Kolloid məhlulların təmizlənməsi metodları



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə50/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   62
Fiziki-və-kolloid-kimya-2

Kolloid məhlulların təmizlənməsi metodları.Kolloid məhlullar 

müxtəlif metodlarla ,xüsusən də kimyəvi reaksiyaların köməyi ilə alındıqda 

zollarda onların davamlılığını azaldan çoxlu miqdarda elektrolit olur.Yüksək 

davamlı sistemlər almaq və onların xassələrini öyrənmək üçün zolları həm 

elektrolitlərdən, həm də digər kiçikmolekullu qarışıqlardan təmizləyirlər.Bu 

məqsədlə aşağıdakı metodlardan istifadə olunur. 



Dializ.Bu metod T.Qrem tərəfindən təklif olunmuş (1871) tarixən ilk 

təmizləmə metodudur.Ən sadə dializatorun sxemi şəkil 8.2 –də verilmişdir. 

Təmizlənən kolloid məhlul(1)təmiz həlledici (2)ilə yarımnüfuzetdirici arakəsmə 

ilə (membranla )ayrılmış qaba tökülür.Yarımnüfuzetdirici (yəni molekullar və 

ionları keçirən  dispers faza hissəciklərini isə keçirməyən )membran kimi 

perqament ,sellafon , kollodium ,keramik filtrlər və digər incəməsaməli 

materialalrdan istifadə olunur.diffuziya nəticəsində kiçikmolekullu qatışıqlar 

xaric məhlula təmiz həllediciyə keçir. 

Dializin mənfi cəhəti,onun çox vaxt tələb etməsidir.Ona görə də dializi 

intensivləşdirmək üçün membranın səthini artırmaq, təmizlənən kolloid məhlulun 

miqdarını azaltmaq ,xarici mayeni fasiləsiz dəyişmək və temperaturu artırmaq 

lazımdır. 



Elektrodializ. Elektrodializ elektrik cərəyanından istifadə etməklə dializ 

prosesinin sürətləndirilməsidir.Bu prosesi həyata keçirmək üçün istifadə olunan 

qurğu elektrodializator adlanır.  

Sadə elektrodializator iki membranla ayrılmış üç kameradan ibarətdir.Orta 

kamerayaa təmizlənən kolloid məhlul doldurulur.Yan kameralara sabit cərəyan 

mənbəyindən qidalanan elektrodlar yerləşdirilir və həmin kameralardan fasiləsiz 




olaraq təmiz həlledici axıdılır.Elektrik sahəsinin təsirilə orta kameradan katod 

kamerasına isə anionlar köçürülür.Orta kameradakı kolloid məhlul qısa müddətdə 

duzlardan təmizlənir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin