Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Təlimin praktik-əməliyyat metodları



Yüklə 112,78 Kb.
səhifə22/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
Ali mək.ped. mühazirələr

Təlimin praktik-əməliyyat metodları.



Tapşırıqlar. Bu, hər hansı bir hərəkətin mənimsənilməsi, möhkəmləndirilməsi, təkmilləşdirilməsi məqsədilə planlı və mütəşəkkil surətdə yerinə yetirilməsidir. Bu metodun səmərəliliyi fənnin nəzəri əsaslarını bilmək və onları şüurlu surətdə tətbiq etməkdən, həmçinin tapşırıqları yerinə yetirməyin müəyyən qaydalarına əsaslanmaq bacarıqlarından asılıdır.
Tapşırıqların xarakteri aid olduqları fənnin xüsusiyyətlərindən asılıdr: pedaqogika – tapşırıqlardan pedaqoji bacarıqların formalaşdırılması; Azərbaycan dili – qrammatik qaydaların tətbiqi; riyaziyyat və fizika – məsələ həlli və s. məqsədlidir. Tapşırıqlar fərdi və qruplarla təşkil edilməklə,şifahi, yazılı, əməli, əmək və fiziki tapşırıqlar şəklində verilə bilər.
Alqoritm. Bu metod özündə sistemli plan, müəyyən əməliyyatların yerinə yetirilməsinin ciddi ardıcıllığı haqda təlimatı ifadə edir. alqoritmin köməyi ilə təlim fəaliyyəti asanlaşdırılır, məsələlərin həllinə ayrılan vaxt qısaldılır.
Bu metodun zəif tərəfi odur ki, tələbələr alqoritmə əsaslanaraq onu avtomatik, məsələnin mahiyyəti dərk etmədən də tətbiq edə bilərlər.
“Mənim kimi et” reproduktiv xarakterli bu metod ali məktəb təcrübəsində geniş istifadə edilmir. Ancaq o, əmək təliminin təşkilində, emalatxanada, fiziki tərbiyə prosesində, laboratoriya işlərinin başlanğıc mərhələsində fəal istifadə edilir.
Məsələ həlli. Ali məktəb təcrübəsində geniş istifadə edilən metodlardandır. Onun əsas məqsədi tələbələri öz biliklərini dəyişdirilmiş şəraitdə praktikaya tətbiq etmək, analitik təfəkkürü inkişaf etdirmək, qeyri-standart pedaqoji situasiyalardan həll yolunu müəyyənləşdirmək, peşəkar müəllim bacarıqlarına yiyələndirməkdir.
Təlim fənnindən asılı olaraq məsələ həllinin xarakteri, mürəkkəbliyi və yolları çox müxtəlifdir. Bu metodu tətbiq edən müəllim məsələ həlli qaydalarını diqqətə çatdırır və izah edir, sonra isə tələbələrin idraki fəaliyyətinin məsləhətçisi, rəhbəri rolunda olur. Tələbələrdən isə bu zaman yüksək dərəcədə fəallıq, müstəqillik və iradə tələb olunur. Bu metod daha çox praktik məşğələlər zamanı istifadə olunur.
Təcrübə. Bu və ya digər hadisə, əşya və proseslərin müəyyən xassələrini və ya səbəblərini aydınlaşdırmaq məqsədilə aparılır. O, təbii və labortoriya şəraitində aparılaraq, çox vaxt xüsusi avadanlıq, cihaz və yardımçı vasitələr tələb edir. Funksional məqsədi – elmi biliklərin təsdiqi, möhkəmləndirilməsi, tətbiq edilməsi, idraki və ya peşə bacarıqları formalaşdırmaqdır.
Bu metod məzmunu və təşkilati-struktur baxımından çətin metodlar kateqoriyasına aiddir. O, təlim-tərbiyə prosesində, adətən, yuxarı kurslarda tətbiq edilir. Metodun tətbiqinin mərhələləri bunlardır: – müəllimin təcrübənin məqsədini, təşkili qaydalarını və gözlənilən nəticələri izah etməsi; tələbələrin plan üzrə təcrübəni təşkil etmələri; alınmış nəticələrin analiz və sintezi, buraxılmış səhvlərin səbəblərinin müəyyən edilməsi.
Didaktik oyunlar. Bəzi pedaqoqlar bu metodu təlimin təşkilat forması, bəziləri metod kimi qəbul edirlər. Fikrimizcə, didaktik oyun ali məktəbin həyatında baş verən real pedaqoji situasiyaların həllinə obrazlı yanaşan inteqrativ metoddur. Oyunun uğurlu olması tələbələrin nəzəri hazırlığından, peşə bacarıqlarının mövcudluğundan, yaradıcı təfəkkürün inkişaf səviyyəsindən asılıdır. Öz növbəsində, səmərəli şəkildə aparılmış oyun da pedaqoji bacarıq və vərdişlər fondunun, kreativliyin, refleksiyanın inkişafına səbəb olur.
Oyun üç mərhələdən ibarət prosesdir: hazırlıq, bilavaitə oyun prosesi və nəticələrin təhlili. Tələbələrlə “Elmi şura iclası”, “məktəbdə pedaqoji təcrübə”, “mənim didaktik metodlar sistemim” və s. mövzularda didaktik oyunlar təşkil etmək olar.




  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin