Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə2/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   43
Ali mək.ped. mühazirələr

I mühazirə
CƏMİYYƏT VƏ TƏHSİL
PLAN:
1. Təhsil sahəsində islahatların aparılmasının hüquqi bazasının yaradılması (1999)
2. Təhsil haqqında Qanun (2009)
3. Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiyası (2007)
4. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası (2013)
5. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (2021)

ƏDƏBİYYAT:



  1. https://president.az/az/articles/view/50474

P.1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli 168 nömrəli Sərəncamı ilə “AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SAHƏSİNDƏ İSLAHAT PROQRAMI” təsdiq edilmişdir. Bu Proqram Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tәrәfindәn hazırlanmışdır. İslahat proqramında qeyd edilir:


“Doxsanıncı illərin başlanğıcında Sovet İttifaqının süqut etməsi ilə Azərbaycan Respublikası öz müstəqilliyini təsbit edən Konstitusiya aktım qəbul etmişdir.
Müstəqillik yoluna qədəm qoyulması təhsil, təlim-tərbiyə sahəsində də bir sıra perspektivlər açmış, yeni vəzifələr irəli sürmüşdür. Azərbaycan məktəbi dünya mədəniyyət xəzinəsinin inciləri ilə yanaşı xalqımızın elm, mədəniyyət, incəsənət sahələrində qazandığı nailiyyətləri, tariximizi, ənənələrimizi gənc oğlan və qızlara mənimsədən təlim-tərbiyə mərkəzlərinə, Azərbaycan mənəviyyatının, Azərbaycan milli psixologiyasının, dünyagörüşü sisteminin qorunub saxlanıldığı və nəsildən-nəslə ötürüldüyü məbədə çevrilmək imkanı əldə etdi. Təəssüf ki, həmin dövrdə təhsil sistemi müstəqil dövlət quruculuğunda yaxından iştirak etməli olan milli ruhlu kadrlar hazırlamaq, vətənini sevən, onun mənafeyi ilə yaşayan vətəndaşlar tərbiyə etmək kimi tarixi vəzifənin öhdəsindən gələ bilmək üçün zəruri, düşünülmüş islahatçılıq hərəkatı ilə əhatə oluna bilmədi.
Yalnız 1993-cü ilin iyunundan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də tənəzzülün, təhlükəli dağıdıcılıq hallarının qarşısı alındı, milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi, əxlaqi-mənəvi mühit yarandı.
Təhsil sistemində islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruluşunda baş vermiş köklü dəyişikliklərlə bağlıdır. İndiki mərhələdə təhsil sistemi inzibati-amirlik prinsipinə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır.
Təhsilin inkişafı müasir şəraitdə yalnız dövlətin vəzifəsi olmayıb, demokratik cəmiyyətin bütün ünsürlərinin, təhsil alanların və onların ailələrinin, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin, elmi-pedaqoji birliklərin, mütəxəssislərlə təmin olunmağa ehtiyacı olan potensial tələbatçıların, ictimai və dini birliklərin çoxsahəli və çoxaspektli əməkdaşlıq sahəsidir.
Bu sahədə islahatların aparılması indiyə qədər bir sıra obyektiv və subyektiv səbəblərdən asılı olaraq həyata keçirilməmişdir. İctimai-siyasi həyatımızdakı qeyri-sabitlik, iqtisadi sistemin bütün sahələrində istehsalın aşağı düşməsi və milli gəlirin azalması həm təhsilin büdcə təminatım aşağı salmış, həm də bütövlükdə təhsil sisteminin yeni iqtisadi mexanizminin yaranmasına imkan verməmişdir.
İqtisadi inkişafın indiki mərhələsində müşahidə olunan dirçəliş, yaranmış maliyyə sabitliyi, qeyri-büdcə sferasından əlavə vəsaitlərin cəlb olunma imkanlarının mövcudluğu həm qeyd olunan çətinlikləri aradan qaldırmağa, həm də bütövlükdə təhsil sistemində köklü islahatlara başlamağa əlverişli şərait yaratmışdır.
Təhsil sahəsinin islahatı təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarə sistemi və iqtisadiyyatında köklü yeniləşmənin həyata keçirilməsini nəzərdə tutur. İslahatın gedişində elmi tədqiqat işlərinin aparılması və onun nəticələrinin təhsil prosesinə tətbiqinə əlverişli şərait yaradılmasına, təhsil sistemi işçilərinin sosial müdafiәsinin gücləndirilməsinə və təhsil alanların sağlamlığının və sanitar-gigiyenasının təşkilinə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.
Aparılacaq islahatlar nəticə etibarilə təhsil sisteminin müasir bazar iqtisadiyyatı şəraitinə cavab verən yeni iqtisadi-təşkilati və idarəetmə mexanizminin yaradılmasını təmin etməlidir.

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin