Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə14/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Ali mək.ped. mühazirələr

Təlimin məqsədi - cəmiyyətin və təhsilin müasir tələblərinə uyğun olaraq təhsil sistemi üçün yüksək ixtisaslı müəllimlər və digər mütəxəssislər hazırlamaq, cəmiyyət üçün yararlı şəxsiyyətlər yetişdirməkdir.
Burada açar söz “yüksək ixtisaslı müəllim” ifadəsidir. Bu ifadə ilə necə bir müəllim hazırlığı tələb olunduğu aydınlaşmalıdır: “yaxşı dərs deyən”, “yaxşı öyrədən”, “fənnini yaxşı bilən”, “yaxşı tərbiyə edən” və s.
Peşə təliminin məqsədi onun vəzifələri ilə konkretləşir. Onlar müasir müəllimə verilən tələbləri müəyyən edir.

  • yüksək pedaqoji-psixoloji mədəniyyət;

  • analitik ağıl, inkişaf etmiş refleksiya;

  • fənnini və onun tədrisi metodikasını bilmək;

  • tərbiyə nəzəriyyəsi və praktikasını bilmək;

  • ümumi erudisiya;

  • humanist əxlaqi dəyərlərə yiyələnmə;

  • kreativlik, elastiklik, öz işinə yaradıcı münasibət;

  • şagirdlərlə münasibətdə demokratik metod və stillərdən istifadə;

  • yeni təlim texnika və texnologiyalarını mənimsəmə.

Təlim fənlərinin məzmunu, quruluşu və həcmi təhsil nazirliyinin normativ sənədləri ilə müəyyən olunur. Buraya hər bir peşə üzrə təhsil standartları, hər bir ixtisas üzrə tədris planları, hər bir fənn üzrə tədris proqramları daxildir. Tədris planları hazırlanmasında mütəxəssisin modeli (ixtisas səviyyəsinin xarakteristikası), yəni müəyyən ixtisasa verilən tələblərin əks olunduğu sənəd əsas götürülür.
Gələcək müəllimlər hazırlığının modernləşdirilməsi, təkmilləşdirilməsi həm xüsusi, həm də qlobal xarakterli ola bilər. Xüsusi xarakterli, yəni işin gedişində kiçik dəyişikliklər; qlobal xarakterli, yəni tədris planı, proqramları, dərslik və metodik vəsaitlərin dəyişməsinə səbəb olan islahatlar.
İkinci növ islahatların mahiyyəti və həyata keçirilmə şərtləri haqda qısaca bəhs etmək faydalı olar. Azərbaycanda təhsil islahatları aparılması niyə zəruri idi? Fikrimizcə:

  1. Öz müstəqilliyini bərpa etmiş ölkədə yeni əsaslar üzərində dövlət quruculuğu və ictimai-siyasi münasibətləri həyata keçirməyə qabil olan insanlar formalaşdırmaq zəruri oldu.

  2. Bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq yeni keyfiyyətlərə malik mütəxəssislər yetişdirmək zəruri idi.

  3. Qloballaşan dünyada milli-mənəvi dəyərlərə sahib çıxan, onu qoruyub-saxlaya və inkişaf etdirə bilən şəxsiyyətlər formalaşdırması zəruri oldu.

Bütövlükdə müasir yaşam tərzinin təhsil sistemi qarşısında qoyduğu bu mürəkkəb və həyati əhəmiyyətli vəzifələrin hər birinin nəzəri baxımdan əsaslandırılması fundamental tədqiqatlar tələb etdiyindən biz burada yalnız ölkəmizdə ali məktəbdə, daha dəqiqi isə ali məktəb pedaqogikasında (o cümlədən ali məktəb didaktikasında) müasir dövrə qədər aparılmış islahat nəticəsindən danışacağıq.
Azərbaycan Respublikasında ali təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq hazırlanmış “Ali təhsil pilləsinin dövlət standartları və proqramı” (23.04.2010:NK) əsasında aparılır.
Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadraların hazırlanmasından ibarətdir.
Ali təhsilin dövlət standartları aşağıdakıları müəyyən edir:

  • ali təhsilin səviyyələri və təhsilin məzmunu;

  • ali təhsilin idarə olunması;

  • ali təhsil müəssisələrinin maddi-texniki bazası;

  • ali təhsilin infrastrukturu;

  • təhsil verənlərin keyfiyyət göstəriciləri;

  • təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi.

Ali təhsil alma formaları:

  • əyani;

  • qiyabi;

  • distant;

  • sərbəst (eksternal).

Ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:

  • bakalavriat;

  • magistratura

  • doktorantura.


Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin