Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə15/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
Ali mək.ped. mühazirələr

Ali təhsil proqramları.
Ali təhsil proqramları (kurikulumlar) təlim nəticələrini və məzmun standartlarını, tədris fənlərini, həftəlik auditoriya və auditoriyadankənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən sənəddir.
İxtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən edilir.

  • ümumi müddəalar;

  • məzunların ixtisas xarakteristikası və səriştəliliyi;

  • maddi-texniki, tədris bazası və kadr potensialı;

  • tədris prosesinin forma və metodları;

  • yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə (?).

Ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil proqramlarında humanitar fənlər və ixtisasın peşə hazırlığı fənləri bölümləri nəzərdə tutulur. 2020-ci ildə hazırlanmış təhsil proqramlarına əsasən kreditlərin ümumi həcmi 240, humanitar fənlər bölümünə kreditlərin 12,5%-i, ixtisasın peşə hazırlığı fənlərinə 50 %-i ayrılması nəzərdə tutulur. Hər bölüm üçün seçmə fənlərə ayrıca saatlar ayrılmışdır: (25% ) bundan başqa pedaqoji internaturaya ümumi kreditlərin 12,5%-i ayrılmışdır.
Humanitar fənlər bölümünə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Xarici dildə işgüzar və akademik kommunikasiya” daxildir. Yeni təhsil proqramlarında bu bölüm üçün seçmə fənlərə 6 kredit nəzərdə tutulmuşdur. İxtisasın peşə hazırlığı fənləri bölümündə seçmə fənlərə verilən kreditlər artırılaraq 60 kredit olmuşdur.
Magistratura səviyyəsində humanitar fənlər və ixtisas (ixtisaslaşma) fənləri bölümləri vardır. Humanitar fənlər bölümündə məcburi fənlər kimi “Xarici dil”, “Ali məktəb pedaqogikası” və “Psixologiya” fənləri vardır. Seçmə fənlər bu bölüm üçün 2 kreditdir.
İxtisas (ixtisaslaşma) fənləri bölümündə 42 kredit ixtisaslaşma fənlərinə, 24 kredit seçmə fənlərə ayrılır. Elmi-tədqiqat işlərinə 30 kredit ayrılmışdır.
Ali təhsil səviyyəsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:

  • nümunəvi tədris planı;

  • işçi tədris planı;

  • fənn proqramları;

  • fənlər üzrə işçi-tədris proqramları (sillabuslar);

  • fənlər üzrə tapşırıqların yerinə yetirilməsi cədvəli;

  • dərsliklər, mühazirə mətnləri, əyani vasitələr, ədəbiyyat siyahısı;

  • seminar məşğələlərin planı;

  • fənnin öyrənilməsi ilə bağlı tövsiyyələr;

  • kurs işləri, laboratoriya və qrafik işlər, istehsalat təcrübəsi hesabatlarının hazırlanmasına dair metodik tövsiyyələr;

  • biliklərin qiymətləndirilməsi üçün tədris-metodik materiallar;

  • fənnə dair multimedia vasitələri;

  • ixtisaslaşdırılmış kabinə, labororiya və auditoriyaların siyahısı.

Ali təhsil müəssisəsində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun aparılır.
Ali təhsil müəssisəsində tədris işinin aşağıdakı növləri vardır:

  • mühazirələr;

  • seminarlar;

  • praktik məşğələlər;

  • labortoriya işləri;

  • məsləhətlər;

  • tələbənin sərbəst işi;

  • təcrübələr;

  • stajkeçmə;

  • referat yazılması;

  • kurs işi;

  • buraxılış işi;

  • magistr dissertasiyası;

  • doktorluq dissertasiyası.

Ali məktəbdə təlim prosesinin dörd mərhələsini müəyyənləşdirirlər:

  • təlim materialının qavranılması;

  • təlim materialının mənimsənilməsi (anlama);

  • bilik və bacarıqların möhkəmləndirilməsi;

  • elmi bilik və bacarıqların tətbiqi.

Təlim prosesi dörd əsas funksiyanı yerinə yetirir:

  • öyrədici (təhsiverici);

  • tərbiyəedici;

  • inkişafetdirici;

  • peşəkarlığa yiyələndirici.

Təlim prosesinin səmərəliliyi ali məktəb müəllimləri və tələblərinin qarşılıqlı fəaliyyətinin düzgün təşkilindən asılıdır. Bu prosesdə müəllimin fəaliyyətinə daxildir:

  1. Planlaşdırma.

  2. Təlimin təşkili, təlim texnologiyaları.

  3. Tələbələrin stimullaşdırılması.

  4. Yoxlama.

  5. Nəticələrin təhlili.

Ali məktəbdə öyrənmə ̶ tədris planı və proqramları ilə nizamlanan bilik, bacarıq və vərdişlərin mənimsənilməsi, şəxsiyyətin formalaşması və inkişafı ilə müşayət olunan məqsədyönlü prosesdir. Tələbələrin öyrənmə fəaliyyətinin formalarına daxildir:

  1. Dinləmək, dərk etmək, mənimsəmək.

  2. Oxumaq, qavramaq, yenidən fikrən işləmək, mənimsəmək.

  3. Konspektləşdirmək.

  4. Tapşırıq və məsələlərin həlli.

  5. Təcrübə aparmaq.

  6. Tədris tədqiqatları.

  7. Pedaqoji modelləşdirmə.

Bu sonuncu forma istehsalat və pedaqoji təcrübələr zamanı tətbiq olunur. Tələbələr plan hazırlayaraq, dərs deyərək, dərsdənkənar tədbirlər, valideyinlərlə görüşlərin planı tərtib edib həyata keçirərək real pedaqoji fəaliyyəti, bir növ, modelləşdirirlər.
Təlimin əsas prinsipləri.
Təlim prosesinin daxilində bu və ya digər şəkildə təkrarlanan, müxtəlif variantlarda özünü göstərən əsas qaydalar vardır ki, onlar təlim prosesinin səmərəliliyinə təsir göstərir. Bu qaydalar didaktikanın sonrakı inkişaf mərhələlərində təlimin qanunauyğunluqları və prinsipləri kimi formalaşdı. Təlimin qanunauyğunluqları və prinsipləri mücərrəd kateqoriyalar deyildir. Onlar təhsil praktikasından yaranmış və təlimin mahiyyəti və məqsədindən asılı olaraq dəyişə bilirlər.
Təlimin qanunauyğunluqları obyektiv şəkildə mövcud olan, təlim-tərbiyə prosesinin koponentləri arasındakı sabit, təkrarlanan və prosesin səmərəliliyini artıran əlaqələridir.
Ali məktəblərdə təlimin əsas qanunauyğunluqları bunlardır:


  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin