Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Pedaqoji prosesin tamlığı ilə əlaqədar qanunauyğunluq



Yüklə 112,78 Kb.
səhifə16/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
Ali mək.ped. mühazirələr

Pedaqoji prosesin tamlığı ilə əlaqədar qanunauyğunluq. Yəni təlim prosesində tərbiyə, təhsil, təlim və inkişaf arasında qarşılıqlı əlaqənin vəhdəti nəzərə alınsa, pedaqoji prosesin səmərəsi yüksək olar. Buradan pedaqoji prosesin tamlığı qanunu yaranır.

  • Pedaqoji prosesin həyatla əlaqələdirilməsi və cəmiyyətin tələblərindən asılı olması. Bu qanunauyğunluq ali məktəbdə təlimin məqsəd və vəzifələrini müəyyən edir və beləliklə də yüksək ixtisaslı müəllim kadrları hazırlanması prosesinin məzmununu müəyyənləşdirir.

  • Pedaqoji proseslə onun həyata keçirildiyi mühit arasında qanunauyğunluq. Bu qanunauyğunluq ali məktəbin fəaliyyətinə təsir edən xarici və daxili şərtlərin dəyişməsinə, təkmilləşməsinə diqqət yönəltməyi müəyyən edir.

  • Pedaqoji prosesin subyektləri ilə əlaqədar qanunauyğunluq.

  • Pedaqoji prosesin məzmunu və məqsədi ilə əlaqədar qanunauyğunluq.

    (N.Kazımov)
    Ali məktəb üçün xarakterik olan qanunauyğunluqlar təlimin prinsiplərində əks olunur.
    Təlim prinsipləri – təhsil prosesini, onun məzmununu, metodikasını, müəllimin fəaliyyət istiqamətini müəyyən edən əsas qaydalar, tələbləridir. Didaktik prinsiplər təlim praktikasının ümumiləşdirilməsi əsasında yaranmışdır.
    Didaktik prinsiplər ali məktəbdə tədris prosesinin və pedaqoji elmin inkişafı ilə əlaqədar olaraq dəyişir, inkişaf edir. Bəzi prinsiplərin əhəmiyyəti azalır (əyanilik), bəzilərinin rolu yüksəlir (elmlik).
    Didaktik prinsiplərin dəqiq təsnifatı yoxdur. Ali məktəb didaktikası üçün xarakterik olan aşağıdakı təlim prinsiplərini göstərmək olar:

    • tarixilik;

    • elmilik;

    • sistematiklik və ardıcıllıq;

    • nəzəriyyə və praktikanın əlaqəsi;

    • əyanilik və obrazlılıq;

    • tələbələrin şüurluluğu, fəallığı və məsuliyyətliliyi;

    • müəllim və tələbələrin birgə fəaliyyəti (qarşılıqlı əlaqəsi);

    • tələbələrin müstəqil işlərinin təlim-idrak fəaliyyəti ilə birləşdirilməsi;

    • təlimin peşə istiqamətliliyi.

    (Pionova R.S.)
    Tarixilik prinsipi tələb edir ki, ali məktəbdə bu və ya digər fənnin öyrənilməsinə:

    • həmin elmin tarixi köklərinin göstərilməsi;

    • lazım gəldikcə, fənnin əsas ideyalarının, fərziyyəsinin inkişaf dinamikasının təhlil edilməsi;

    • həmin elm sahəsində xidmətləri olan alimlərin həyatı və öyrənilməsi daxil edilsin.

    Təlimdə tarixilik prinsipinin tətbiqinə aşağıdakı didaktik təkliflər köməklik edə bilər:

    • elmin mənbələrini, onun konkret problem və ideyalarının tədqiqi ilə məşğul olan elm adamlarının xidmətlərini obyektiv qiymətləndirmək;

    • elmin inkişaf tarixində buraxılmış səhvləri düzgün qavramaq və izah etmək;

    • təlim materialını tarixi faktlarla həddən artıq yükləməmək;

    • fənnin inkişaf perspektivlərinin elmi əsaslarını izah etmək.


    Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   12   13   14   15   16   17   18   19   ...   43




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin