Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə1/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   43
Ali mək.ped. mühazirələr


Ali məktəb pedaqogikasından mühazirə
konspektləri
(Magistratura səviyyəsi üçün)

Ali məktəb pedaqogikası” üzrə mühazirə konspektləri.


Giriş
Ali məktəb pedaqogikası nisbətən yeni elm sahəsidir. Pedaqoji elmlər sistemində onun yerinə Azərbaycanda, təxminən, XX əsrin ortalarından işarə edilsə də, problemlə bağlı ilk elmi-metodiki əsərlər həmin əsrin 80-cı illərindən başlayaraq yazılmışdır. 90-cı illərdən başlayaraq bir sıra elmi məqalələrdə ali məktəb təhsilinin yenidən qurulması, pedaqoji kadrlar hazırlığının daha müasir sisteminin yaradılması, professor müəllim heyətinin psixoloji-pedaqoji mədəniyyətinin yüksəldilməsi məsələləri irəli sürülürdü.
Daha sonralar ali təhsilin magistratura səviyyəsində “Ali məktəb pedaqogikası” fənni bütün ixtisas və ixtisaslaşmalarda əsas fənn kimi tədris olunmağa başladı.
Bütün bunlar “Ali məktəb pedaqogikası” adlı dərslik və dərs vəsaitlərinin meydana çıxmasına səbəb oldu. N.Kazımovun, F.Rüstəmov və T.Dadaşovanın, M.İsmixanov və R. Bəxtiyarovanın, Osman Əfəndinin problemə dair əsərlərini misal gətirmək olar.
Pedaqoji ictimaiyyətə təqdim edilən “Ali məktəb pedaqogikası üzrə mühazirə konspektləri” adlı bu vəsait ali məktəblərin magistratura səviyyəsi üçün nəzərdə tutulmuşdur. Vəsaitdə pedaqoji elmin yeni nailiyyətlərindən, ali məktəb pedaqogikasına dair yazılmış əsərlərdən və müəllifin ali məktəblərdə çoxillik təcrübəsindən istifadə edilmişdir.
Vəsait magistratura səviyyəsi üzrə tədris planlarının tələbinə uyğun olaraq 16 saatlıq mühazirə mövzularını əhatə edir.
Vəsaitdə ali məktəb pedaqogikasının məzmun strukturuna uyğun mövzular müəyyənləşdirilmişdir.
Hər mühazirənin sonunda istifadə ediləcək əsas ədəbiyyat siyahısı və mövzuya ai sual və tapşırıqlar elə tərtib olunmuşdur ki, onların cavabları birbaşa mühazirə mətnindən tam götürülə bilməsin. Güman edilir ki, məsələnin bu cür qoyuluşu tələbələri biliklərini daha da genişləndirməyə, idraki müstəqillik vərdişlərinə yiyələnməyə, məntiqi təfəkkürlərinin inkişafına səbəb olacaqdır.
Qeyd etmək istəyirik ki, həmin sual və tapşırıqlar, vəsaitin sonunda verilmiş suallarla bərabər sərbəst iş mövzuları kimi də verilə bilər.



Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin