Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə7/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   43
Ali mək.ped. mühazirələr

II mühazirə.
Ali məktəb pedaqogikasının ümumi əsasları
Plan

  1. Ali məktəb pedaqogikasının ümumi əsasları.

  2. Ali məktəb pedaqogikasının müasir metodoloji aspektləri.

  3. Elmi-pedaqoji araşdırmaların əsasları.

  4. Ali məktəbdə pedaqoji prosesin xüsusiyyətləri.



Ədəbiyyat siyahısı

  1. Kazımov N. Ali məktəb pedaqogikası, Bakı, 2006.

  2. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası. Bakı – 2014.

  3. Ali məktəb pedaqogikası üzrə mühazirə materiallar. Bakı, 2016.

  4. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası (Magistratura pilləsi üçün dərslik). Bakı, “Nurlan”, 2007, 568 səh.

  5. Osman Əfəndi. Ali məktəb pedaqogikası üzrə mühazirələr. Bakı, 2010.

  6. Пипова Р.С. Педагогика высшей школы. Минск, 2002.


  1. Ali məktəb pedaqogikasının ümumi əsasları.

Ali məktəb pedaqogikası – tələblərin təlim-tərbiyəsi, yüksək ixtisaslı mütəxəssis şəxsiyyətinin formalaşdırılması haqda elmdir.
Ali məktəb pedaqogikasının obyekti – ali təhsil müəssisəsində həyata keçirilən pedaqoji sistemlər, eləcə də ali məktəblərin idarəedilməsi sistemidir.
Bu cür sistemlərə aiddir: akademik qruplar, kurs, fakültə, ali təhsil müəssisəsi, ali məktəb müəllimləri, ictimai təşkilatlar və birliklər, tələbələr, təhsil nazirliyinin şöbələri və idarələri və s.
Ali məktəb pedaqogikasının predimeti – ali təhsil şərtləri əsasında mütəxəssislərin tərbiyəsi və peşə hazırlığı prosesi, həmçinin bu prosesin qanunauyğunluqlarının müəyyən edilməsidir.
Ali məktəb pedaqogikası ümumi məktəb pedaqogikasının bazasında yaranıb, böyük yaşlı insanların təlim – tərbiyəsinin yüksək səviyyəsini təmin etməyə yönəlmişdir. O, ümumi didaktika, tərbiyə nəzəriyyəsi, ali təhsilin və pedaqogikanın tarixi, müəllimin təlim əməyinin elmi təşkili, ümumi psixologiya, kibernetik pedaqogika kimi pedaqoji – psixoloji elmlərlə sıx əlaqədardır. Bundan başqa, öz araşdırma metodlarını təkmilləşdirərək, o, riyazi məntiq, modelləşdirmə nəzəriyyəsi, psixologiya, neyrokibernetika, sosiologiya, sosial psixologiya kimi elmlərlə də əlaqədə fəaliyyət göstərir.

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin