Pedaqoji araşdırmaları xarakteinə görə üç yerə ayırmaq olar:
fundamental;
tətbiqi;
işlənib hazırlanmalı.
Ali məktəb pedaqogikasının inkişafı müxtəlif pedaqoji fakt və hadisəni tədqiq etməyə imkan verən anlayış –terminoji aparatın araşdırılması və dərinləşdirilməsi ilə müşayət olunur. Bu aparatın mühüm elementi metoddur. Elmi ədəbiyyatda metod dedikdə - eksperimental, yaxud nəzəri-məntiqi işin təşkili qaydası başa düşülür.
Aparılmış tədqiqatın nəticələrinin elmi və praktik cəhətdən inandırıcı və real olması üçün bir neçə şərtə əməl olunmalıdır:
elə metodlar seçilməlidir ki, bütün tədqiqat boyu öyrənilməsi qarşıya qoyulmuş eyni obyekt müşahidə edilə bilsin;
seçilmiş metodlar kəmiyyətcə o qədər olmalıdır ki, obyektiv şəkildə fəaliyyət göstərən qanunauyğunluqların aşkarlanması və sistemləşdirilməsi üçün zəruri və kifayət qədər faktik material almaq mümkün olsun;
seçilmiş metodlar tədqiqat obyektinin yenilənməsinə səbəb olmalıdır;
alınmış nəticə və təkliflərin təsdiqi və ya təsadüfliyinin yoxlanılması üçün həmin metodların ( və ya başqalarının) tətbiqi ilə başqa kollektivlərdə (ancaq eyni tədqiqat məqsədilə) paralel araşdırmalar aparılması məqsədəuyğundur;
istifadə edilən metodlar və ya tədqiqat metodikaları, araşdırmalardan alınan nəticələr bütün maraqlananların istifadə edə bilməsi üçün uyğun şəkildə olmalıdır.
Tədqiqat metodlarının işlənilib hazırlanması və təkmilləşdirilməsi pedaqogika elminin inkişafına səbəb olur. Ali məktəb pedaqogikasının müasir tədqiqat metodlarını pedaqoji araşdırmaların xarakterinə görə üç qrupa ayırmaq olar:
Nəzəri metodlar:
anlayışların təhlili;
fərziyyə formalaşdırılması;
pedaqoji modelləşdirmə;
elmi ədəbiyyatın təhlili;
ali məktəb sənədələrinin təhlili;
fəaliyyət məhsullarının təhlili;
arxiv materiallarının təhlili;
pedaqoji təcrübənin öyrənilməsi və təhlili.
Eksperimental metodlar:
müəyyənedici eksperiment;
öyrədici (dəyişdirici) eksperiment;
yoxlayıcı eksperiment.
Empirik (duyğularla qavranılan) metodlar:
müşahidə;
müsahibə;
anketləşdirmə;
testləşdirmə;
interviyu;
müstəqil xasiyyətnamə;
riyazi statistika metodları;
qrafik metodlar.
Bu və ya digər tədqiqat metodunun seçilməsi, onların qruplaşdırılması, araşdırma metodikasının yaradılması tədqiqatın problemi, məqsədi, obyekti və xarakterindən asılıdır.
Hər bir pedaqoji tədqiqatın özünün strukturu olur. Tədqiqat komponenetlərinin optimal düzülüş variantı bu cürdür: