Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Ali məktəb pedaqogikasının pedaqoji elmlər sistemində yeri



Yüklə 112,78 Kb.
səhifə8/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Ali mək.ped. mühazirələr

Ali məktəb pedaqogikasının pedaqoji elmlər sistemində yeri.
Məlum olduğu kimi pedaqoji elmlər sisteminə bir neçə müstəqil elmlər daxildir:

  • pedaqogika tarixi;

  • müqayisəli pedaqogika;

  • didaktika:

  • tərbiyə nəzəriyyəsi;

  • məktəbşünaslıq və təhsilin idarə edilməsi;

  • xüsusi pedaqogikalar;

  • peşə pedaqogikası;

  • ümumi pedaqogika;

  • ali məktəb pedaqogikası və s.

Ali məktəb pedaqogikası ümumi və məktəb pedaqogikası əsasında yaranmışdır. Amma o, eyni zamanda müəyyən peşə üzrə mütəxəssislər hazırlandığından, həm də peşə pedaqogikasına da əsaslanır.
Ali məktəb pedaqogikasının kateqoriyaları.
Ali məktəb pedaqogikasının kateqoriyalarına daxildir:

  • pedaqoji proses – ali təhsil müəsissəsində pedaqoji elmin tələblərinə uyğun olaraq təşkil edilən, təlim-tərbiyə vasitələri sistemini əhatə edən elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman peşə həyatı üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəticəsində mütəxəssis hazırlığı təmin edilir;

  • təhsil – bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır. Ali peşə təhsilinin tərkibinə daxildir: 1) bilik, bacarıq və vərdişlər qazanmaq; 2) bu əsasda dünyagörüşünə malik olmaq; 3) şəxsiyyətin idraki qabiliyyətlərinin formalaşması.

  • tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin və cəmiyyət tərəfindən qəbul edilmiş mənəvi dəyərlər sisteminin formalaşdırılmasından ötrü insanlara göstərilən məqsədyönlü təsirdir.

  • təlim – müəllimlə tələbələrin məqsədyönlü, mütəşəkkil qarşılıqlı təsiri nəticəsində maddi və mənəvi aləmin dərk edilməsi, fəaliyyət üsullarının mənimsənilməsi və beləliklə inkişafın təmin edilməsi prosesidir.

Ali məktəb pedaqogikasının bundan başqa “peşə hazırlığı”, “özünütəhsil”, “ixtisasartırma” və s. kimi kateqoriyaları da mövcuddur.
Ali məktəb pedaqogikası müxtəlif profilli mütəxəssislər hazırlığını yerinə yetirdiyindən vəzifələr, konseptual əsaslar, metodikalar və texnologiyalar baxımından fərqlənir. Bizim əsas məqsədimiz ali pedaqoji kadrlar hazırlığı olduğundan onun fundamental vəzifələrini bu cür müəyyənləşdirə bilərik:

  1. Fasizləsiz pedaqoji təhsilin, onun mərhələlərinin (peşənönümü (ali məktəbəqədərki hazırlıq, ali məktəbdə hazırlıq, ali məktəbdənsonrakı hazırlıq) konseptual əsaslarının işlənib hazırlanması.

  2. Müxtəlif tip təhsil müəssisələri müəllimlərinin peşə hazırlığının ənənəvi və çoxpilləli sistem üzrə hazırlığı məsələlərinin tədqiqi, peşə hazırlığının nəzəriyyə və metodikasının işlənməsi.

  3. Tələbə gənclərin tərbiyəsi prosesinin mahiyyəti və qanunauyğunluqlarının tədqiqi.

  4. Təlim prosesinin məzmunu və qanunauyğunluqıarının, müxtəlif növlərinin öyrənilməsi metodiki tövsiyyələr və yeni, mütərəqqi pedaqoji texnologiyaların işlənib hazırlanması.

  5. XXI əsr müəllimi modelinin əsaslandırılması və işlənib hazırlanması.

  6. Ali məktəbin professor- müəllim heyətinin fəaliyyətinin öyrənilməsi və təhlili, müxtəlif metodikaları və təlim texnologiyalarının müəyyən edilib yayılması.

  7. Ali məktəblərdə ictimai təşkilatların, tələbə özünüidarəsinin inkişafını, müəllim hazırlığında onların rolunu öyrənmək.

  8. Ali məktəbdə təlim-tərbiyə prosesinə rəhbərlik, idarəetmə strukturlarının fəaliyyətinin optimal forma və metodlarının müəyyən edilməsi məsələlərinin öyrənilməsi.

Müasir dövrdə bütün sahələr üzrə elmlərin sürətli inkişafı ali məktəb pedaqogikasının da müxtəlif müstəqil sahələrinin formalaşmasına təkan vermiş oldu. Məsələn,

  • ali məktəb didaktikası;

  • ali məktəbdə tərbiyə nzəriyyəsi və metodikası;

  • aliməktəbşünaslıq;

  • ali məktəbdə menecment.





  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin