Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Ali məktəbdə vahid pedaqoji proses



Yüklə 112,78 Kb.
səhifə12/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   43
Ali mək.ped. mühazirələr

Ali məktəbdə vahid pedaqoji proses.

Ali məktəbdə vahid pedaqoji proses mütəxəssis hazırlığının bütün elementlərini (təlim, tərbiyə, elmi və pedaqoji iş) əhatə edir. Vahid pedaqoji prosesin aşağıdakı xüsusiyyətlərini vardır:



  • məqsədyönlülük – müəllim hazırlığının əsas məqsədi işgüzar pedaqoji fəaliyyəti təmin edə biləcək keyfiyyətlərə malik müəllim şəxsiyyəti yetişdirməkdir.

  • ikili xarakter – pedaqoji prosesdə həmişə iki tərəf olur: öyrənən və öyrədən.

  • yaradıcı xarakter – bu xüsusiyyət müəllim və tələbələrin fəaliyyəti zamanı yaradıcılıq göstərilməsi – kreativliklə bağlıdır.

  • dinamizm – bu prosesin məzmununun, subyektlərin dəyişməsi, inkişafı ilə bağlıdır.

  • vahidlik – onun bütün komponentləri əlaqədardır və vahid məqsədə xidmət edir.

Ali məktəblərdə pedaqoji prosesin əsasını kurs və akademik qrup təşkil edir. Pedaqoji prosesin səmərəliliyinə təsir edən amillər:

Pedaqoji prosesin qanunauyğunluqları dedikdə - obyektiv şəkildə mövcud olan bu prosesdə sabit, təkrarlanan və bu prosesin səmərliliyini artıran əlaqələr başa düşülür. Pedaqoji prosesin əsas qanunauyğunluqları bunlardır:

  1. Pedaqoji prosesin məqsədi, vəzifələri məzmunu müəyyən tip mütəxəssis hazırlanması sahəsində cəmiyyətin təlabatları ilə müəyyənləşir.

  2. Pedaqoji prosesin səmərəliliyi onun struktur komponentlərinin qarşılıqlı əlaəqsindən, onların məzmununun peşəkar yönümündən həmçinin bu prosesə rəhbərlik səviyyəsindən asılıdır.

  3. Pedaqoji prosesin səmərəli fəaliyyətinə ali məktəbin tədris-metodik və maddi – texniki bazası, həmçinin onun mənəvi – psixoloji mikromühiti əhəmiyyətli dərəcədə təsir göstərir.

  4. Pedaqoji prosesdə həlledici rol müəllimə məxsusdur. Onun peşəkarlıq səviyyəsi psixoloji – pedaqoji və ümumi mədəniyyətinin inkişafı, baza biliklərinin dərinliyi və genişliyi pedaqoji prosesin səmərəliliyi üçün əsasdır.

  5. Pedaqoji prosesin səmərəliliyinə tələbələrin təhsil mövqeyi, onların təlim- tərbiyə və dərketmə prosesində fəallığı, maraqlı olmaları əhəmiyyətli dərəcədə təsir göstərir.

Pedaqoji prosesin təhlili onun mərhələlərini müəyyən etməyə imkan verir:

  • planlaşdırma;

  • hazırlıq;

  • təşkilati mərhələ;

  • təshihedici (korrektəedici) mərhələ;

  • yekun mərhələsi.




Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin