Psixiastenik
tip
Həmişə
nədənsə ehtiyat edir, qorxur, hər şeydən
şübhələnir və həyəcanlanır, qətiyyətsizdir, tanış
adamların içində özünü daha yaxşı hiss edir.
Şizoid tip
Adamlara yovuşmur,
onlarla soyuq rəftar edir,
çətinliklə ülfət bağlayır, qaradinməzdir, bir iş
olanda özünü kənara çəkir.
Epileptoid
tip
Özünü kifayət qədər idarə edə bilmir, davranışı
impulisiv xarakter daşıyır, hövsələsizdir. Heç nədən
dava- dalaş salır, uzun müddət sakitləşmir.
İsteroid tip
Şöhrətpərəstdir, yerli-yersiz lovğalanır, hamının
diqqətini özünə cəlb etməyə çalışır, yalan danışır,
heç nədən
cürbəcür əhvalatlar uydurur, bu yolla
məqsədinə nail olmadıqda özünü xəstəliyə vurur.
Səbatsız tip
Asanlıqla təisr altına düşür, adamlarla tez dil tapır,
günülü saatlarla boş-boşuna keçirir, bu günlə
yaşayır, sabahkı gün və öz gələcəyi haqqında
fikirləşmir.
Konform tip Həyat qaydası belədir: "Hamı kimi" fikirləşmək,
hərəkət etmək, "Hamı necə, mən də elə"; ətrafdakı
adamlardan
geri qalmağa, eyni zamanda onlardan
fərqlənməyə çalışır, başqa adamların tələblərinə
asanlıqla uyğunlaşır.
Konform
tipin kon-
form-
gipertim
variantı
Başqa adamların istədiyi kimi hərəkət edir, eyni
zamanda özünün gələcəyinə optimistcəsinə yanaşır,
sağlam və qüvvətli olduğunu nəzərə çarpdırır, lakin
təşəbbüs
göstərmir, passivdir, qaydalara can-başla
əməl edir.
Qarışıq tip
Davranışda müxtəlif tiplərin (labil tiplə asteno-
nevrotik
senzitiv tipin, astenevrotiv tiplə senzitiv
tipin, şizoid tiplə sentiziv, psixastenik, epilertoid,
isteroid tipin və s.) əlamətləri özünü göstərir.
90
downloaded from KitabYurdu.org
Xarakterin aksentuasiyasının mahiyyəti (təbiəti)
hələ kifayət
qədər öyrənilməmişdir. Psixiatrik müşahidələr göstərir ki, onun
əsas tipləri yeniyetməlik yaşında formalaşsa da, ayrı-ayrı
əlamətləri hələ kiçik yaşlarından həyat şəraitinin,
tərbiyənin
nəticəsi kimi özünü göstərir. Uşağın yaşı artqıqca, xarakterin
aksentuasiyası sahəsində də müəyyən dəyişikliklər baş verir. Lakin
bu dəyişikliklərin yalnız bəziləri yaş xüsusiyytəi kimi meydana
çıxır, onların əksəriyyəti isə keçici xarakter daşıyan ümumi
dinamik
dəyişikliklərdir.
Bəzi
hallarda
isə
xarakterin
aksentuasiyası fonunda müxtəlif
psixi pozğunluqlar -nevroz,
reaktiv depressiya və s. inkişaf edir.
Yaş artdıqca, həyat təcrübəsi zənginləşdikcə, bir çox hallarda
xarakterin aksentuasiyası açıq formada özünü göstərmir; onun
ayrı-ayrı əlamətləri pərdələnir, yəni gizli forma qazanır.
Dostları ilə paylaş: