MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Xarakter əlamətləri və xarakterin aksentuasiyasi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə61/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   57   58   59   60   61   62   63   64   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Xarakter əlamətləri və xarakterin aksentuasiyasi 
Xarakter əlamətləri çoxdur. Ayrı- ayrı dillərdə xarakter 
əlamətlərini ifadə edən dörd mindən çox söz vardır. Onların 
çoxu olduqca müxtəlif mənalarda işlənir, hətta bəzən eyni bir 
xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir. Biz qeyd 
etdik ki, xarakter inasnın münasibətini ifadə edir. Bu baxım-
dan xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar. 
1.
Kollektivə və başqa adamlara münasibəti ifadə edən 
xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, 
qayğıkeşlik, tələbkarlıq və s. 
2.
Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: 
əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s. 
3. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamət-
ləri: təvəzökarlıq, lovğalıq, şöhrətpərəstlik və s. 
4. Əşyalara münasibəti ifadə edən xarakter
 
əlamətləri: sə-
liqəlilik, pintilik, qayğıkeşlik və s. 
86 
downloaded from KitabYurdu.org


Hər şeydən əvvəl, qeyd edək ki, insanın kollektivə, başqa 
adamlara, əməyə, özünə və əşyalara münasibətlərini ifadə edən 
xarakter əlamətləri bir - biri ilə üzvi surətdə əlaqədardır. 
Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən 
adam başqalarına da hörmət etmir. İnsan xarakterinin 
bütövlüyündən danışanda, adətən-xarakter əlamətlərinin qar-
şılıqlı əlaqədə olmasını nəzərə alırlar. Bununla əlaqədar olaraq 
tərbiyə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan iki 
məsələni qeyd etmək lazımdır. 
1.
Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü 
göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan 
qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti 
tərbiyə etməyə çalışır. ilk baxışda, tərbiyəçi məsələyə düzgün 
yanaşır. Psixoloji baxımdan isə ona haqq qazandırmaq olmaz. 
Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. 
Kobudluğu aradan qaldırmaq üçün onun, birinci növbədə, 
insanlara münasibətini dəyişmək lazımdır. 
2.
İnsanın xarakteri dəyişirmi? İnsanın başqa adamlara, 
əməyə, özünə və əşyalara münasibəti dəyişdikcə, onun xa-
rakteri də dəyişir. Xarakter əlamətləri yalnız uşaq yaşlarında 
deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamla-
rın böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında 
müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər. 
Xarakter əlamətlərini 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin