MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   63   64   65   66   67   68   69   70   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Senzitiv yaş dövrləri haqqında.
Senzitiv (Latınca sen-sus-
hiss, duyğu deməkdir) dövr uşağın ontogenetik inkişafının mühüm 
mərhələlərini təşkil edir. Bu zaman inkişaf edən uşaq ətraf mühitin 
müəyyən təsirlərinə xüsusilə həssas olur, psixikanın bu və ya digər 
istiqamətdə inkişafı üçün əlverişli şərait yaranır. 
Ayrı - ayrı qabiliyyətlərin (musiqi, riyazi, rəsm, aktyorluq, 
şairlik, vəs.) formalaşması və inkişafı baxımından məktəbə- 
97 
downloaded from KitabYurdu.org


qədər, kiçik məktəbli və yeniyetməlik yaş dövrlərinin öz im-
kanları vardır. 
Aydın məsələdir ki, senzitiv yaş dövrü hələ öz-özlüyündə 
qabiliyyətlərin inkişaf səviyyəsini müəyyən etmir. Bunun üçün 
məktəbəqədər və ya kiçik məktəbli yaşı dövründə müvafiq qa-
biliyyətin inkişafı üçün əlverişli pedaqoji şərait yaradılmalıdır. 
Senzitiv yaş dövrlərinin imkanlarından vaxtında səmərəli isfıfadə 
edilmədikdə, bu sonralar qabiliyyətin inkişafı prosesində 
müəyyən çətinliklərin əmələ gəlməsi ilə nəticələnir. 
Kiçik yaşlı uşaqlarda qabiliyyətlərin parlaq təzahür 
halları və ya vunderkind uşaqlar haqqında. 
Yüksək adlı qabiliyyətlərə malik olan uşaqlar haqqında 
psixoloqiyada çoxlu faktlar toplanmışdır. Öz həmyaşıdlarını xeyli 
ötüb keçən vunderkind uşaqlar belə hallara misal ola bilər. 
Almanca vunder-qəribə, kind-uşaq deməkdir. Mədəniyyət 
tarixində sonralar görkəmli yazıçı, bəstəkar, alim və s. kimi 
tanınmış çoxlu vunderkind uşaqdar məlumdur. 
Psixoloji ədəbiyyatda belə uşaqlardan biri haqqında aşa-
ğıdakı məlumata rast gəlirik: 7,5 yaşında 1 sinifdə oxumağa 
başlamış , 2-3 gündən sonra onu ll-ci sinifə, 10 gündən sonra III 
sinifə, ikinci rübdən etibarən isə V sinifə keçirmişlər.14-15 
yaşında M.Lomonosov adına Moskva Dövlət universitetinin 
tələbəsi olan çoxlu belə uşaqlar məlumdur. 
Lakin bununla belə, bu uşaqların çoxu sonralar adi adamlar 
olurlar. Bu görəsən nə ilə əlaqədardır? Sualın cavabı aydındır: 
vunderkind uşaqları çox vaxt düzgün tərbiyə etmir-lər. 
Valideyinlər və tərbiyəçilər vunderkind sözünün bəzən birinci 
tərəfinə (vunder-qəribə) xüsusi diqqət yetirdikləri halda, ikinci 
tərəfinə (kind-uşaq) əhəmiyyət vermirlər. Halbuki bu son dərəcə 
maraqlı hadisədə ən başlıca cəhət məhz vunderkind sözünün 
ikinci tərəfi ilə bağlıdır.Vunderkindlər, birinci növbədə uşaqdırlar 
və bütün başqa uşaqlar kimi onlar da müəyyən yaş 
xüsusiyyətlərinə malikdirlər. 
Müəllim və tərbiyəçilər çox vaxt bu cəhəti nəzərə almır, 
vunderkind uşaqları az qala qeyri-adi adam kimi təqdim edir, 
98 
downloaded from KitabYurdu.org


onlarda özləri haqqında düzgün təsəvvür yaratmırlar. Belə tərbiyə 
üsulunun nəticələri isə çox vaxt fərəhli olmur. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin