1 Adaptasiya. Adaptasiya və ya alışma, qıcıqlandırıcının tə-
sirindən asılı olaraq, hiss üzvlərinin həssaslığının dəyişməsindən
ibarətdir.
2 1.
Adaptasiya qıcıqlandıcının fasiləsiz olaraq təsiri prosesində
duyğunun tamamilə yox olması kimi özünü göstərir. Məsələn,
dərinin üzərində dayanan yüngül yükün təsiri az vaxtdan sonra
duyulmur. Xoşagəlməz qoxu, müəyyən müddət keçdikdən sonra
hiss olunmur.
2.
Güclü qıcıqlandırıcının təsiri nəticəsində duyğuların küt-
ləşməsi baş verir. Məsələn, əlimizi soyuq suya saldıqda duyğunun
intensivliyi zəifləyir. Qaranlıq otaqdan gur işıqlı otağa çıxdıqda və
ya əksinə olduqda əvvəlcə heç nə görmürük. Sonra gözümüz
şəraitə alışır, əşyaları
seçməyə başlayırıq.
3.
Zəif qıcıqlandırıcının təsiri altında həssaslığın artması da
adaptasiya adlanır. Bu cür adaptasiyanı
pozitiv adaptasiya adlandırırlar. Məsələn, qaranlıqda qalarkən gözün həssaslığı artır.
Eşitmə adatasiyasının analoji forması sakitliyə alışmaqdan
ibarətdir.
Adaptasiya hadisəsi analizatorların mərkəzi şöbələrində gedən
proseslərlə izah olunur. Uzunmuddətli qıcıqlanma zamanı baş
beyin qabığında həssaslığın zəifləməsinə daxili ləngimə səbəb
olur. Ləngimənin inkişafı, digər ocaqlarda güclü oyanma yaradır,
bu da yeni şəraitdə həssaslığın artmasına səbəb olur.
Adaptasiya bir sıra duyğularda-görmə, iy, toxunma və tem-
peraturda qüvvətli, bəzilərində isə-eşitmə və ağrı duyğularında zəif
olur. Tədqiqatlar əsasında müəyyən edilmişdir ki, işıqlı otaqdan
qaranlıq otağa keçərkən və orada
bir saat qaldıqdan sonra görmə
analizatorunun həssaslığı 200 min dəfə artır
. Qeyd etmək lazımdır ki, tək resoptorun adaptasiya səviyyəsi
deyil, duyğuların intensivliyi başqa qıcıqlandırıcılardan da