Qavrayışın növləri 4. Qavrayışın növlərini sadə və mürəkkəb olmaqla iki böyuk
qrupa aid edirlər.
1 Qavrayışın sadə növləri duyğularda olduğu kimi anali-
zatorlara əsasən müəyyən olunur. Bu prosesdə bəzən görmə,
bə'zən eşitmə, bəzən də iybilmə və ya dadbilmə analizatoru üstün
rol oynayır. Bundan asılı olaraq sadə qavrayışın
görmə, eşitmə, iybilmə, dadbilmə və s. növlərini fərqləndirirlər. Yuxarıda qeyd
etdiyimiz kimi duyğuda ancaq bir analizator iştirak edir, qavrayış
prosesində isə ən azı iki və artıq analizator iştirak edir. Buna
uyğun olaraq əgər söhbət bir analizatorun fəaliyyətindən gedirsə,
biz həmin prosesi, duyğu kimi, əgər prosesdə iki və daha çox
analizator iştirak edirsə, artıq biz duyğudan deyil qavrayışdan
danışmalıyıq. Qavrayışın belə birləşmiş şəkildə qarşılıqlı fəaliyyət
göstərməsi əsasında, onun mürəkkəb növləri meydana gəlir.
Məsələn, dərsdə şagirdin mətni qavraması görmə, eşitmə və
kinestezik qavrayışları əhatə edir.
Obyektiv aləmdə baş verən bütün hadisələr müəyyən məkan
və zaman daxilində mövcud olduğuna görə, qavrayışın mürəkkəb
növləri insan qavrayışının obyektini təşikl edir.
Qavrayışın mürəkkəb növlərinə
məkan, zaman və
hərəkət qavrayışları aid edilir.
Məkan qavrayışı. İnsanın ətraf mühitə bələbləşməsi üçün
məkan münasibətlərinin dərk edilməsi vacib şərtlərdəndir. Bu
zaman obyektiv şəkildə mövcud olan məkan beynimizdə əks
olunur. İnikas prosesində obyektin forması, həcmi, onların
arasındakı məsafə, onların relyefi, yerin uzaqlığı və istiqaməti əks
olunur. Lakin qeyd etmək lazımdır ki, beynimizdə əks olunan bu
proses olduqca mürəkkəb prosesdir. Məkanın qavranılmasında
əsasən görmə analizatoru iştirak edir. Bu inikas prosesi mürəkkəb
bir proses olduğuna görə, burada görmə ilə