toxunmanı duymağımız üçün, görmə və eşitmə duyğularından
fərqli olaraq 100-10.000.000-dəfə çox enerji tələb olunur.
Həssaslığın aşağı duyğu həddi ilə yanaşı, yuxarı duyğu həddi
də vardır. Təsir edən qıcıqlandırıcıya müvafiq duyğu yaratmaqda
ən yüksək qıcıq
qüvvəsinə
həssaslığın yuxarı mütləq həddi
deyilir. Əgər reseptorlarımıza təsir edən qıcıqlandırıcının qüvvəsi
həmin həddi keçirsə, yalnız ağrı duyğusu yaranır.
Biz hiss üzvlərimizin köməyi ilə hər hansı qıcıqlandırıcının
olmasını müəyyən etmirik, eyni zamanda həmin qıcıqlan-dırıcıları
qüvvə və kəmiyyətinə görə də bir-birindən fərqlən-diririk. Alman
fizioloqu E.Veber (1795-1878) fərqləndirmə həssaslığının mütləq
deyil, nisbi xarakter daşıdığını müəyyən etmişdir.Bu o demekdir
ki,əlavəqıcıqlandırıcının əsas olana nisbəti daimi kəmiyyətə malik
olmalıdır. Məsələn, əgər əlimizdə 100 qram ağırlığında yük varsa,
onun artdığını duymaq üçün ən azı 3,4 qram artırılması zəruridir.
Əgər yükün ağırlığı 1000 qram olarsa güclə duyulacaq fərqlin
meydana gəlməsi üçün 33,3
qrama qədər yük əlavə etmək
lazımdır.
Fərqləndirmə həddi müəyyən analizator üçün daimi olan fərq
kəmiyyəti ilə xarakterizə olunur. Görmə analizatoru üçün
bu təxminən
100
1 ə eşitmə, üçün
10
1 ə, toxunma üçün
30
1 ə
bərabərdir.
Alman fiziki Q. Fexner (1801-1887)
Veberin eksperimental
məlumatlarından çıxış edərək duyğunun intensivliyinin qıcığın
qüvvəsindən asılılığını aşağıdakı düsturla ifadə etmişdir.
S= KLql+C
Burada
S- duyğunun intensivliyi, / -qıcığın qüwəsi, K və C -
sabitliyi göstərir.
Əsas psixofiziki qanun adlanan
bu Veber-Fexner qanununa
görə, duyğunun intensivliyi qıcıqlandırıcının
qüvvəsinin
loqarifminə mütənasibdir. Başqa sözlə, qıcığın qüvvəsi hən-
45
downloaded from KitabYurdu.org
dəsi silsilə ilə artdıqda, duyğunun intensivliyi
ədədi silsilə ilə
artır.
Dostları ilə paylaş: