bütün psixi inkişafın təməlini təşkil edən qüvvədir. Əgər bu
qüvvə olmasa idi, hər bir real duyğu
hətta milyonuncu dəfədən
sonra, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı.
Deməli, diqqət olmasa cismin, hadisənin aydın dərk edilməsi
mümkün olmazdı, hafizəsiz isə dərk edilən cisimlərin yadda
saxlanılması mümkün olmazdı. Həm diqqət, həm hafizə başqa
psixi hadisələrə dərindən nüfuz edərək, onu şərtləndirir: məsələn,
hafizə ilə təfəkkürün münasibətinə nəzər salmaq kifayətdir.
Görkəmli rus pedaqoqu K.D.Uşinski
hələ XIX əsrdə
göstərirdi ki, hafizə təfəkkürə əsaslanmalı və onu inkişaf
etdirməlidir. Hafizə gərəkli biliklərlə nə qədər zəngin olarsa,
fikirlərimiz bir o qədər düzgün və məzmunlu olar. K.D.Uşinski
yazırdı ki, "İnsanın hafizəsi ilə rəftar etməyi bacarmayaraq, biz
özümüzə təsəlli vermək üçün deyirik ki, tərbiyənin işi ağıl bilik-
lərlə doldurmaq deyil, inkişaf etdirməkdir. Lakin psixologiya bu
təsəllinin yalanını ifşa edir və göstərir ki, ağlın özü, yaxşı təşkil
olunmuş biliklər sistemindən başqa bir şey deyildir".
Professorlar Ə.S.Bayramov və Ə.Ə.ƏIizadə
göstərdiyi kimi,
istər materialın seçilməsində, istərsə də onların sistemə
salınmasında diqqət və hafizənin fəaliyyəti üzvi surətdə birlə-
şərək bir-birini şərtləndirir.
1
Bu cəhətlərə istinad edərək diqqətin
mahiyyətinə nəzər salaq.
Diqqət cisim və hadisələrə olan seçici münasibət əsasında
müəyyən obyektlərə yönəlir. Bu yönəlişliyin əsasında, şüurun hər
hansı obyekt üzərində mərkəzləşməsi baş verir.
Bununla da
diqqət varlığı başqa idrak proseslərinin köməyi ilə dolğun və
adekvat surətdə əks etdirməyə imkan verir.
İnsanda diqqətin yaranması üçün ilk növbədə obyekt ayırd
edilməli, diqqət onun üzərində mərkəzləşməli, başqa digər ikinci
dərəcəli obyektlərdən yayınmalıdır. Diqqət insanın həyat və
fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Diqqətlilik əsasında
insanın həyat və fəaliyyəti təmin olunur. Diqqətsizlik əsasında isə
ağır nəticələr baş verir. Elə buna görə də
Dostları ilə paylaş: