Mühazirə materialları Bakı 2019 Mövzu 1



Yüklə 0,73 Mb.
səhifə10/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   98
LM muhazire materiallari

Bütövlük, tamlıq aləməti. Tamlıq əlaməti - layihələrin bütün parametrlərlə tam xarakterizə olunması deməkdir. Layihələr çoxlu parametrlərlə xarakterizə olunurlar. Layihəyə təsir edən bütün parametrlərin hamısının layihədı öz əksini tapması layihənin bütöv olmasını xarakterizə edir. İlk növbədə layihələrdə nəzərdə tutulan faktorların sayı və layihənin nəticəsinə bir başa və ya dolayı yolla təsir edən parametrlərin sayını müəyyənləşdirmək layihənin tam olmasına olmasına gətirir.Bu zaman deyirlər ki, layihə bütüvdür və ya tamdır.

Hüquqi təminat əlamətləri. Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar arasında münasibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə müvafiq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.

Təşkilat əlaməti. Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Нəг bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təəkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlardan biri «təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.

Məhdudiyyətçilik əlaməti. Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları üçün onlara müəyyən xüsusiyyətə malik olan tam sistem kimi baxmaq olar.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin