Problemin təsviri. Təklifin bu hissəsində siz donoru qrant sayəsində həll etmək istədiyiniz ehtiyacalara dair dəlillərlə təmin etməlisiniz. Bu bölmə sizin təklifinizi oxumaqda olan donor nümayəndəsini inandırmalıdır. Təsvir etdiyiniz problem sizə aydın olsa da, təklifinizi oxuyan adama bir çox şeylər qaranlıq qala bilər. Təbiidir ki, o, problemlə bağlı sizin qədər məlumatlı deyil. Problemin təsviri bölməsinə donoru maarifləndirmə və inandırma fürsəti kimi baxmaq lazımdır. Bu hissə həm də layihə təkilfinin
əsaslandırılmasıdır. Bu zaman aşağıda qeyd olunan məqamlara diqqət etmək tövsiyyə olunur:
problemin aradan qaldırılması üçün əhalinin öz fikirləri;
əgər əhalinin fikirləri sizinki ilə eyni deyilsə, ciddi fərqlər varsa və yaxud tamamilə fərqlənirsə, siz öz yanaşma və strategiyanızı onlara necə “satacaqsınız”.
d) İcraçıtəşkilat
problemlə bağlı təşkilatınızın və tərəfdaşlarınızın bacarığı və təcrübəsi (oxşar və yaxud eyni problemlə bağlı əvvəlki layihələr);
nə üçün məhz sizin təşkilat və tərəfdaşlar bu problemlə məşğul olmalıdır;
təşkilatinizda və tərəfdaşlarınızda problemə uyğun mütəxəssislər və digər imkanlar.
Məqsədlər. Bu bölmənin məqsədi donora qrantın sonunda nəyə nail olmaq istədiyinizi bildirməkdir. Bir çox donorlar sizin həm qısamüddətli, həm də uzunmüddətli məqsədlərinizi öyrənmək istərlər. Ümumiyyətlə, qısamüddətli məqsəd uzunmüddətli məqsədə çatmaq üçün prosesin başladılmasıdır ki, bu da sizin lahiyənizdir.