Nəticə - layihənin növündən və xüsusiyyətindən asılı olaraq sistemin hansı vəziyyətdə olduğunu müəyyənləşdirir.
Vaxt – layihənin nə vaxt başa çatdırılması arzu olunur.
Bəzi layihələrdə başa çatma vaxtı ciddi tələb kimi qoyulur.
Məsrəf – layihənin yerinə yetirilməsi üçün nə qədər vəsaitin ayrılmasını göstərir. Bəzi hallarda məsrəfin maksimum həddi göstərilir.
Məqsədin dəyişilmə mümkünlüyü – layihənin yerinə yetirilməsi zamanı onun məqsədində bəzi dəyişikliklərin aparılması zərurəti yarana bilər. Məqsədin redaktə edilməsi qaydaları əvvəlcədən məlum olmalıdır.
Məqsədin ierarxiya strukturu - layihənin yerinə yetirilməsində asılılıq – hansı ierarxik struktura malik olunmasını göstərir.
Layihə məqsədinin izah edilməsi onun mahiyyətinin tam açılmasına imkan verir. Əgər layihədə risk elementləri mövcuddursa, onda aşağıdakı şərtlər layihənin yazılmasında öz əksini tapmalıdır:
layihənin nəticəsi haqqında razılıq;
layihənin büdcəsi və müddəti ilə bağlı fikir söyləmək və ya onları müəyyənləşdirmək;
layihənin nəticəsi, müddəti və xərci arasında yarana biləcək mübahisənin həllini razılaşdırmaq.
Layihənin tam yazılışı onun yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.
Layihənin ümumi məqsədi- layihənin geniş mənada əldə edəcəyinə ümid bəslədiyi nəticədir. Bu layihənin icrası nəticəsində vəziyyətin necə dəyişəcəyini göstərir və birbaşa nəticələrdən asılıdır.
Məqsəd:
əldə ediləcək nəticə haqqında geniş bəyanatdır.
hədəf seçdiyiniz problemin həlli yoludur.
subyektiv bəyanatdır və ölçülməyi mümkün olmaya da bilər.
hara gedəcəyinizi və nəyi çözəcəyimizi söyləyən bəyanatdır.
Dostları ilə paylaş: |