Mühazirə materialları Bakı 2019 Mövzu 1


Layihənin ümumi məqsədinin hazırlanması üçün məsləhətlər



Yüklə 0,73 Mb.
səhifə38/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   98
LM muhazire materiallari

Layihənin ümumi məqsədinin hazırlanması üçün məsləhətlər:


  • layihənin yalnız bir ümumi məqsədi olmalıdır.

  • məqsəd ümumi inkişafa, baxışa və nəticələrə bağlı olmalıdır.

  • ümumi məqsəd ölçülə bilən olmasa da, onun xeyrini göstərmək, izah etmək mümkün olmalıdır.

Hədəf qrupu. Bu hissədə layihənin hədəf qrupu təsvir olunmalıdır. Bunun üçün:

  • hədəf qrupunu və bəhrələnənləri mümkün gədər dəqiq göstərin (ümumi sayı, qadın, kişi, uşaq, ailələrin sayı, xəstələr, əlillər, qocalar, kimsəsizlər, və s.).

  • hədəf qrupunun layihədən necə bəhrələnəcəyini təsvir edin.

  • layihənin mürəkkəbliyindən və yaxud hədəf qrupunun genişliyindən (müxtəlifliyindən) asılı olaraq ətraflı məlumat layihə paketinə əlavə oluna bilər.

Fəaliyyətlər. Bu bölmədə siz qrant sayəsində etmək istədiyinizə dair təfsilatları açıqlamış olursunuz. Fəaliyyətləri göstərərkən onların məntiqini və icra ardıcıllığını da qeyd edin. Fəaliyyətlərin əhatə dairəsi təkilatınızın mövcud imkanları və layihənizin müddəti çərçivəsində olmalıdır .

Fəaliyyət planının hazırlanması (Gantt chart diaqramı)

  1. Fəaliyyətlərin siyahısını göstərin (bütün fəaliyyətləri yazın)

  2. Fəaliyyətləri “xırdalayın” –məsələn: məlumatlandırma kampaniyasınin icrasına daxil olan fəaliyyətlər dəyirmi masalar, televiziya verilişləri, çap işləri, konfranslar, və s. hər bir xırda fəaliyyətin icrasına cavabdeh şəxs olmalıdır. Həddindən artıq “xırdaçılq” düzgün deyil. Məsələn: dəyirmi masalar keçirilməsi üçün yerin seçilməsi, müqavilənin bağlanması, vəsaitin köçürülməsi, və s.

  3. Fəaliyyətlərin ardıcıllığına və bir-birindən asılılığına fikir verin–məsələn: binanın tikintisi ilə təchizati arasında həm ardıcıllıq həm də asılılıq var.

  4. Fəaliyyətlərin icra vaxtı/müddətini göstərin -başlanğıc və son tarix göstərilməli və buna əməl olunmamlıdır.

  5. Fəaliyyətləri layihənin icrasında iştirak edən təşkilat və işçilər arasında bölüşdürün.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin