Layihə komandasının formalaşdırılması. Layihə komandası layihə çərçivəsində birləşmiş müxtəlif struktur bölmələrin digər müəssisələrin(tərəfdaşlar,sifarşçilər və s.) əməkdaşlarından
ibaərtdir.Komanda layihənin reallaşdırılması dövründə mövcud olur.Beləliklə layihə komandası-layihə rəhbərinə tabe olan,layihə məqsədlərinin həyata keçirilməsi üçün yaradılan müvəqqəti,formal nizma salınmış mütəxəssislər qrupudur. Layihənin icrası müddətində cəlb edilən işçi heyətinin sayı müxtəlif ola bilər. İşçi heyətinin idarə edilməsi üzrə funksiyalara daxildir:
layihənin işçi heyətinin sayının və ixtisasının müəyyən- ləşdirilməsi;
namizədlərin seçilməsi, işə qəbul və işdən çıxarılması;
işçilərin planlaşdırılması və bölüşdürülməsi;
işçilərin ixtisasının artırılması, məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi;
kollektiv işlər üçün iş atmosferinin və şəraitinin yaradılması;
meydana çıxan münaqişəli halların aradan qaldırılması və s.
Dostları ilə paylaş: |