Mühazirə materialları Bakı 2019 Mövzu 1


Layihənin təşkilati struktur modelləri



Yüklə 0,73 Mb.
səhifə55/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   98
LM muhazire materiallari

Layihənin təşkilati struktur modelləri


Layihənin tam həyat dövründə onun idarə edilməsi üçün müxtəlif struktur modellər qurulur. Bu modellər layihənin strukturu əsasında qurulur. Beləliklə, layihənin strukturu layihənin idarə edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri sayılır. Layihələrin strukturu dekompozisiya edilmiş ierarxiya şəklində təsvir edilir. Layihələrin strukturu aşağıdakı

tələblərə cavab

verməlidir:


      1. Layihələrin dekompozisiya edilmiş ierarxiyasının hər bir səviyyəsindəki bütün elementlər müəyyən qiymətlər ilə əhatə olunmalıdır.

      2. Layihənin ierarxiyasının hər bir səviyyəsindəki onun elementlərini xarakterizə edən parametrlərin sayı eyni olmalıdır.

      3. Layihənin ierarxiyasının ən aşağı səviyyəsindəki elementlər (işin həcmi, qiyməti, tələb olunan resurslar, icraçılar, digər elementlər ilə əlaqələri və s.) daha da ətraflı xarakterizə olunmalıdır.

Layihədəki iştirakçılar arasında münasibətlərin qurulması və sənədləşmə işləri onun strukturu əsasında aparılır. Bu səbəbdən kiçik struktur dəyişikliklərinə baxmayaraq layihənin həyat

dövründə əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir.Layihə, strukturlaşmış bir obyekt kimi bütün formal qaydalara və məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi metodlarının əsasını təşkil edir. Layihənin strukturlaşdırılması üçün əsas şərtlərdən biri struktur elementlərinin kodlaşdırılmasıdır. Bu kod layihənin bütün sənədlərində öz əksini tapmalıdır. Bu sənədlərə texnoloji, iqtisadi, maliyyə, təşkilati, idarəetmə və s. digər növlü sənədlər daxildir. Layihənin elementlərinin struktur kodu onun qiymət, vaxt, ehtiyat, icraçı və s. digər elementləri kimi hesablama prosedurunu formalaşdırır və bütün iştirakçıları tələb olunan Layihənin strukturu bir neçə səviyyələrə parçalanaraq müxtəlif aspektlərdə təsvir edilir. Bundan başqa layihənin idarə edilməsi üçün onun ana strukturu əsasında bir neçə digər struktur modellər qurulur.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin