Monitorinq və qiymətləndirmə dövrüiyyəsinin mərhələləri və əsas xüsusiyyətləri hansılardır?
Monitorinq və qiymətləndirmə arasında əlaqələr hansılardır?
Monitorinq və qiymətləndirmə arasında müxtəlifliklər hansılardır?
Layihə dövrünün idarə olunmasınada monitorinq və qiymətləndirmənin rolu nələrdir?
Monitorinqin əsas addımları və xüsusiyyətləri hansılardır?
Monitorinqin meyarları hansılardır?
Monitorinq hesabatının mahiyyəti və xüsusiyyətləri hansılardır?
Monitorinqdən sonrakı dövr-tövsiyyələrə riayətin elementləri hansılardır?
Monitorinq (AŞ) “rəhbərliyi və əsas maraqlı tərəfləri məqsədlərə nə dərəcədə nail olunması və ayrılmış vəsaitin istifadəsi ilə bağlı davamlı inkişaf edən fəaliyyət və göstəricilər üzrə məlumatın sistemli şəkildə toplanması ilə təmin edən davamlı funksiyadır” (İƏİT/İYK).
Monitorinq - Fəaliyyətlərin davamlı müşahidəsi, hərtərəfli təhlili və korreksiyasıdır, yəni gedişatın qiymətləndirilməsi və yayınmaların müəyyənləşdirilməsi üçün icra prosesi müddətində fəaliyyətlərin gündəlik izlənməsi deməkdir.
Qiymətləndirmə cari və bitmiş proqram/layihələrin müəyyən zaman çərçivəsində aktuallığını, səmərəliliyini və nəticəliliyini sistematik və obyektiv şəkildə qiymətləndirməyə təşəbbüs göstərən fəaliyyətdir.
Audit resursların iqtisadi və səmərəli istifadəsini təmin etmək üçün idarəetmə üsullarının adekvatlığının qiymətləndirilməsidir.