Mühazirə materialları Bakı 2019 Mövzu 1


Nəticənin Qiymətləndirilməsi -



Yüklə 0,73 Mb.
səhifə97/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   98
LM muhazire materiallari

Nəticənin Qiymətləndirilməsi - Konkret nəticənin əldə edilməsini nəzərdə tutan bir‐birilə əlaqəli proqramlar, layihələr və strategiyalar dəstinin əsaslı müayinəsi nəzərdə tutulur. Məqsəd nəticənin gerçəkləşdirilməsində nə dərəcədə uğur əldə edildiyini müəyyən etmək; nailiyyətin və ya uğursuzluğun səbəblərini qiymətləndirmək; ayrı‐ayrı təşkilatların nəticəyə verdiyi töhfələri təsdiq etmək; və öyrənilən əsas ibrət dərslərini və icranı yaxşılaşdırmaq üçün tövsiyələri müəyyən etməkdir.

Payplayn (nəzərdə tutulmuş layihələr) - Formalaşma prosesinin müxtəlif mərhələlərində olan layihə ideyaları və layihələr nəzərdə tutulur.

Portfolio - Portfolio bir proqram rəhbərinin nəzarəti altında olan (və əsasən bir‐birilə əlaqəli olan) layihələr və proqramlar dəstini nəzərdə tutur.

Tədqiqat və layihələndirmə - Bilik bazasının artırılması və bu biliklərdən yeni əməli işlər üçün istifadə etmək məqsədilə aparılan sistemli yaradıcı fəaliyyət.

Nəticəyə əsaslanan İdarəetmə- İşin uğurlu icrasına, son məhsulun, nəticələrin və təsirlərin əldə edilməsinə yönəldilmiş idarəetmə strategiyası.

Davamlılıq- Gələcək ehtiyacları ödəmə qabiliyyətinə xələl gətirmədən cari ehtiyacları ödəmək qabiliyyəti

Nəticə-layihənin hədəf seçdiyi problemlə əlaqədar vəziyyətin necə dəyişəcəyini təsvir edir (yəni nəticə nəyin dəyişəcəyinə və inkişafına xidmət edəcək: icma layihənin nəticəsi sayəsində, və yaxud nicədən istifadə etməklə necə inkişaf edəcək)

Təsir (impact)–layihənin icra olunduğu ərazidən digər ərazilərə genişlənməsi, və yaxud layihənin icra müddətindən sonra da davam etməsi (icmanın, dövlətin, fərdi şəxslərin, iş adamlarının yardımı
İnputs - layihə qoyuluşları Outputs – Layihə məhsulları Outcomes –Layihə nəticələri



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin